Keçid linkləri

Təcili xəbərlər
2021, 17 Sentyabr, Cümə, Bakı vaxtı 20:17

Prezident: 'Çətinliklərə baxmayaraq, mədəniyyətə dəstəyimizi əsirgəmirik'


Niyazinin abidəsi

«Biz öz mədəni irsimizə çox sadiqik və müstəqil Azərbaycan dövləti çox güclü milli-mənəvi köklər üzərində qurulub. Biz müstəqil, müasir ölkəyik. Ancaq bizim gücümüzün mənbəyi milli tariximizdir, keçmişimizdir, mədəniyyətimizdir».

Prezident İlham Əliyev maestro Niyazinin Bakıda ucaldılmış abidəsinin açılış mərasimində belə deyib.

O, hökumətin mədəniyyət sahəsinə də daim qayğı ilə yanaşdığını ifadə edib: «Azərbaycan dövlətinin siyasətinin əsas istiqamətlərindən biri də humanitar sahə - mədəniyyət, incəsənət və ədəbiyyat ilə bağlıdır. Son illər ərzində bu istiqamətlərdə böyük işlər görülüb. Bizim 20-dən çox teatrımız, muzeyimiz əsaslı şəkildə təmir olunub. Azərbaycan o ölkələrdəndir ki, hətta iqtisadi çətinliklərə baxmayaraq, mədəniyyətin inkişafına maliyyə və maddi dəstəyini əsirgəmir».

Prezident vurğulayıb ki, öz mədəniyyətini qoruyan dövlətlər həm hörmətə layiqdir, həm də daha böyük uğurlar qazanır. «Biz mədəniyyətimizi qoruyuruq və çox şadam ki, çox gözəl gənc nəsil yetişir. Bizim gənc nəsil artıq həm müasir musiqini öyrənir, eyni zamanda, öz milli köklərinə çox sadiqdir», - ölkə başçısı deyib.

XS
SM
MD
LG