Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 08:25

ABŞ qəzetləri 'Fərqli Jurnalistika'ya keçir


Foto: arxiv
Foto: arxiv

“The New York Times” xəbərlərdə rəqəmsallığı qaçılmaz sayır/ Qəzetin köşə yazarı: “Və o zaman sual doğacaq ki, bunların ikisini eyni vaxtda necə bacarırsan?

ABŞ-ın “The New York Times” qəzeti rəqəmsal jurnalistika tələbatına daha tez uyğunlaşıb; bundan ötrü reportyor və redaktorlarına treninqlər keçib, müxtəlif bacarıqları olan jurnalistləri işə götürüb, ayaqda qalmaq üçün abunəçilərlə əlaqəsini dərinləşdirib.

“The New York Times”ın daxili hesabatında belə deyilir.

Hesabatı qəzetin xəbər şöbəsi bu günlərdə açıqlayıb. Nəşrin icraçı redaktoru Dean Baquetin yaratdığı 7 jurnalistdən ibarət qrup tədqiqat üzərində bir il işləyib və qəzetin gələcək fəaliyyətini müəyyənləşdirib.

The New York Times qəzetinin loqosu
The New York Times qəzetinin loqosu

Buna da bax: İlqar Məmmədov həbsdən yazır

“Fərqli Jurnalistika” adlandırılan sənəddə yüksək keyfiyyətli jurnalistika öhdəliyi saxlanılmaqla, keçidi sürətləndirəcək prinsipləri gözdən keçirilib.

Hesabat çap mediasının olum və ölüm dilemması qarşısında qaldığı bir vaxtda ortaya çıxıb. Çap mediasına yüksək məbləğli reklam təklifləri azalıb, bir çox qəzet öz büdcəsinə əl gəzdirməli olub, yeni gəlir qaynaqları axtarmağa çalışır.

“The Wall Street Journal”“Gannett” kimi nəşrlər ştatlarını əhəmiyyətli dərəcədə azaltmağa məcbur qalıb.

“Müxtəlifliyə fokusu yenilə”

Yeni dövrün tələbləri ilə ayaqlaşmaqdan ötrü “The New York Times” hesabatçıları təklif edirlər ki, məqalələrin həcmini azaltmağı, bəzi materiallarda vizual jurnalistikanın bir elementi kimi ekspert rəyinin öz əksini tapmasını təklif ediblər.

Hesabat “The New York Times”da rəngarəngliyə, müxtəlifliyə fokusu yeniləməyə də çağırır

“Dünya sürətlə dəyişir”, - qrup işinə rəhbərlik edən köşə yazarı David Leonhardt müsahibəsində belə deyib və fikrini “Biz rəngarəngliyi saxlamalıyıq və hətta irəli getməliyik” sözləriylə yekunlaşdırıb.

U.S. -- New York Times fotoqrafları Daniel Etter, Sergei Ponomaryov, Mauricio Lima və Tyler Hicks (sol-sağ) mükafat qazanıb, aprel 2016
U.S. -- New York Times fotoqrafları Daniel Etter, Sergei Ponomaryov, Mauricio Lima və Tyler Hicks (sol-sağ) mükafat qazanıb, aprel 2016

“The New York Times”ın İcraçı direktor Dean Baquet və “The Times”in aparıcı redaktoru Joseph Kahn a “daha canlı, daha təsirli və zəruri materiallar hazırlamaq imkanını” nəzərdə tutduqlarını vurğulayırlar.

2020 qrupu “büdcə reallığının” xəbər şöbəsinə təsirini etiraf edir, ancaq onların fikrincə, bu, ixtisarlara gətirib çıxarmamalıdır.

Dean Baquet öz müsahibəsində etiraf edib ki, “The New York Times” redaktorları ixtisar etsə də, inanmır ki, belə kənarlaşdırmalar onları daha kiçik quruma çevirəcək.

Buna da bax: 135 yaşlı mətbuatın vəziyyəti nə yerdədir?

Redaktorları azaltmaq?

Redaktorları azaltmaq planı medianın öz xəbər bülletenlərini çap məhsuluna xas mürəkkəb redaktə proseslərindən uzaqda saxlamaq və rəqəmsal media şirkətləri ilə bir araya qoymaq cəhdini göstərir.

“Nieman Journalism Lab”ın direktoru Joshua Benton deyir ki, rəqəmsal, online ortam yaratmış istənilən xəbər şöbəsində “The New York Times”dakıkimi redaktə strukturu yoxdur. Onun sözlərinə görə, bu, bir tərəfdən “The New York Times”ıfərqləndirir, amma o biri yandan, daha çox effekt istəyirsənsə, bəzi məhdudlaşdırmalara getməlisən.

Hesabatda vurğulanır ki, rəqəmsal nəşr “kiçik və daha çox mərkəzləşdirilmiş xəbər şöbəsi tələb edir”, ancaq eyni zamanda belə bir əlavə də edilir ki, yenidənqurulma kiçilmə deil, “The New York Times”dakı kimi “mühüm mövqedəyişmə” olmalıdır.

Online jurnalistikadan xalis gəlir 500 milyon olub

“The New York Times” rəqəmsal gəlirlərini 2020-ci ildə 800 milyon dollara çatdırmaq niyyətindədir. Nəşrin 2014-cü ildə rəqəmsal jurnalistikadan qazancı 400 milyon dollar olub. Hesabatda göstərilir ki, ötən il “The New York Times” rəqəmsal məhsullardan 500 milyon dollar xalis qazanc əldə edib.

Hesabata münasibətini açıqlayan bir neçə “The New York Times” əməkdaşının fikrincə, sənəddə haqqında söz açılan bəzitəşəbbüslər artıq reallaşdırılır, ancaq onların fikrincə, bu hesabatda xəbər şöbəsinin hansı bölməsinin necə dəyişəcəyi və gözlənən ixtisarlar barədə detallı məlumat yoxdur.

Buna da bax: MTN-in 'dadını' görənlər içində Exchange işçiləri də var

Hesabatda “The New York Times”ın treninq səylərini artıracağı və genişləndirəcəyi vurğulanır.

Bildirilir ki, “The New York Times” özünə oxucu marağını qorumaq üçün çap variantının gündəlik həyatdakı rolunu azaltmağa davam edəcək.

“Gələcəyimiz çap mediasına deyil, daha çox rəqəmsal jurnalistikaya doğru gedir”, - qəzetin köşə yazarı, hesabatı hazırlayan qrup üzvlərindən biri - David Leonhardt belə deyir və sözünü bitirir: “Və o zaman sual doğacaq ki, bunların ikisini eyni vaxtda necə bacarırsan?”.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG