Keçid linkləri

2017, 22 Noyabr, çərşənbə, Bakı vaxtı 17:10

Nəsiminin 2 əlyazma divanının tapıldığı xəbər verilib


İmadəddin Nəsiminin 2 əlyazma divanı Ankara Milli Kitabxanasında qorunurmuş.

AMEAMəhəmməd Füzuli adına Əlyazmalar İnstitundan AzadlıqRadiosuna verilən xəbərə görə, hər iki divanın surəti artıq ölkəyə gətirilib.

İnstitutun direktor müavini Paşa Kərimovun sözlərinə görə, divanın əvvəlində “Divani-həzrəti-Seyyid Nəsimi qəddəsə sirülhül-əziz” , yəni “Həzrət Seyid Nəsiminin (qəbri pak olsun) divanı” sözləri yazılıb.

İmadəddin Nəsimi
İmadəddin Nəsimi

Divana 711 qəzəl, 6 tərcibənd, 3 məsnəvi, 9 müstəzad, 5 müxəmməs, 603 rübai, 3 qitə daxildir.

83 vərəqdən ibarət birinci divan aydın nəsx xətti ilə köçürülüb.

308 vərəqlik ikinci divan da səliqəli və gözəl xətlə yazılıb.

İkinci divan Nəsiminin əlyazma divanları içərisində ən irihəcmlisidir.

Maraqlıdır ki, bu nüsxədə Nəsiminin indiyədək məlum olmayan şeirləri də var.

Qaynaqlarda şairin heç bir müxəmməsinə rast gəlinməsə də, bu nüsxədə onun 5 müxəmməsi verilib.

Paşa Kərimovun fikrincə, bu şeirlər hürufiliyi yaymaq üçün Nəsiminin nüfuzundan yararlanıb onun adından əsərlər yazan hürufilərə də məxsus ola bilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG