Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 14:54

Boris Nemtsova iki tapancadan atəş açılıb


Boris Nemtsov
Boris Nemtsov

-

Rusiya müxalifətinin lideri Boris Nemtsov iki müxtəlif tapançadan açılan atəş nəticəsində ölə bilər.

«Kommersant»ın yazdığına görə, mərhumun bədənindəki yaraları araşdıran ekspertlər bu qənaətə gəliblər. Onların versiyasına görə, Nemtsov-a dəyən güllələrdən üçü səsboğucusu olan tapançadan, qalanları isə adi silahdan açılıb.

Bundan başqa, qurbanın yaraları arasındakı fərqlər istifadə olunan patronların müxtəlif gücə malik olmasıyla da izah edilir.

Qəzetin yazdığına görə, kompleks tibbi ekspertiza zamanı mütəxəssislər Nemtsov-un aldığı yaralara görə qatilin haradan atəş açmasını da ayırd etməliydilər. Ancaq bu suala cavab verə bilməyiblər. Onların qənaətincə, siyasətçinin bədənindəki yaralarla paltosunda və sviterindəki güllə deşikləri uyğun gəlmir.

Boris Nemtsov fevralın 27-də Kremlin yaxınlığındakı körpü üzərində öldürülüb. Onun ölümünə görə beş nəfər həbs edilib. Qətli törətməkdə şübhəli bilinən iki nəfərsə axtarışdadır.

Boris Nemtsov indiki siyasi hakimiyyəti sərt tənqid edən siyasətçilərdən idi. O, Ukraynadakı münaqişədə Rusiya silahlı qüvvələrinin iştirakı haqda hesabat hazırlayırdı.

XS
SM
MD
LG