Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 13:32

'Cancodo' Rəqs Qrupu ilk dəfə Azərbaycana gəlir


«Candoco» Rəqs Qrupu
«Candoco» Rəqs Qrupu

«British Council» əlilliyi olan və olmayan rəqqaslardan ibarət «Candoco» Rəqs Qrupunun ikihissəli tamaşasını Azərbaycan tamaşaçıları ilə görüşdürəcək.

Akademik Milli Dram Teatrından AzadlıqRadiosuna verilən xəbərə görə, Britaniya rəqs qrupunun tamaşası martın 7-də və 8-də saat 19:00-da bu teatrda təqdim olunacaq.

Layihə bu qurumun, Mədəniyyət və Turizm Nazirliyinin və «Yarat» Müasir İncəsənət Mərkəzinin dəstəyi ilə gerçəkləşdiriləcək.

«Candoco» incəsənət, estetika və bacarıq anlayışları ilə bağlı sərhədləri aşan və bu anlayışları genişləndirən, mükəmməl və hərtərəfli təcrübə formalaşdıran, əlilliyi olan və olmayan rəqqaslardan ibarət rəqs ansamblıdır.

Yaranışının 25 illiyini qeyd edən və çox məşhurlaşan «Candoco» Bakıda bu günədək fiziki baxımdan ən fəal sayılan ikihissəli tamaşasını təqdim edəcək: «Beheld» (Bax) və «Set and Reset/Reset» (Qur və Yenidən qur).

«Candoco» rəqs ansamblının Bakıda təşkil olunacaq çıxışları ilə «British Council» Azərbaycanda əlilliyi olan sənətkarlara bir mütəxəssis kimi püxtələşmək, yeni işlər qurmaq və beynəlxalq arenada əməkdaşlıq etmək üçün misilsiz imkanlar yaradacaq yeni proqrama start verir.

Rəqs ansamblının Bakı çıxışları «Candoco» xoreoqraflarının «inklüziv müasir rəqs» mövzusuna həsr edilən praktik ustad dərsləri ilə müşayiət olunacaq.

Tamaşadan bir gün əvvəl, martın 6-da «British Council» «Yarat» Müasir İncəsənət Mərkəzi ilə birlikdə əlilliyi olan insanların çalışdığı təşkilatlar və əlilliyi olan şəxslər üçün Birləşmiş Krallıq və Azərbaycan təcrübələrini bölüşmək, eləcə də inklüziv mədəniyyət mövzusunda gələcək addımları müzakirə etmək məqsədilə seminar və dəyirmi masa təşkil edəcək.

«Candoco» tamaşalarına biletlərin qiyməti 6 AZN-dir və biletləri şəhərin kassalarından almaq olar.

Martın 7-də saat 11:00-də Dövlət Akademik Dram Teatrında Azərbaycan media nümayəndələri üçün «Candoco» rəqs ansamblı üzvlərinin iştirakı ilə mətbuat konfransı da keçiriləcək.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG