Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 15:05

Neft qiymətinin 50 dollara düşəcəyi barədə proqnoz var


Financial Times qəzeti yazır ki, neft qiymətlərinin bir barrel üçün 75 dollardan yuxarı qalxması bir çox ekspertlərin 2014-cü ildən başlanmış aşağı qiymətlər dövrünün başa çatdığını elan etməsinə yol açıb, lakin bəzi təhlilçilər qiymət artımının müvəqqəti hal olduğunu düşünürlər.

Onların fikrincə OPEC-lə Böyük neft arasında son döyüşdən və iqlim dəyişikliyi xəbərdarlıqlarından əvvəl hasilatı mümkün qədər artırmaq siyasəti hazırda istehlakı ən son həddinə çatdırıb.

FT yazır ki, OPEC üzvləri və böyük neft hasilatçıları arasında “ən rəqabətli barrelləri” çıxarmaq uğrunda mübarizə uzun müddətdə neftin qiymətini 50 dollara endirəcək. Analitiklərin fikrincə bu o vaxt baş verəcək ki, OPEC və Amerikanın şist nefti istehsalçıları arasında bazarlar uğrunda mübarizə bərpa olunacaq.

Səudiyyənin keçmiş naziri Şeyx Yəməni deyib: “Daş dövrü ona görə qurtarmadı ki, daş qurtardı. Neft dövrü də neftin qurtarmasına görə qurtarmayacaq”.

FT yazır ki, əslində Yəməninin bu zərb-məsəli ilə Yaxın Şərq neft hökmdarlarının yeni nəsli çoxdan razılaşıb.

Müəllif qeyd edir ki, bu dəyişikliyin psixoloji təsiri lazımınca qiymətləndirilməyib. Körfəz Əməkdaşlığı Şurası qısamüddətli baha neft qiymətlərindən faydalansa da, onların uzun müddətin perspektivi barədə baxışları dəyişməyib.

Məqalədə deyilir ki, OPEC üzvləri tarixi olaraq ucuz çıxarılan neftin nəhəng ehtiyatlarına malik olublar. Bu onlara büdcələrinin başqa sahələr üzrə kəsirlərini aradan qaldırmaq imkanı verib.

Neftlə zəngin ölkələr aşağı vergi siyasəti ilə əhalini razı sala biliblər və buna görə də hasilatı kəllə-çarxda saxlamaq onların marağında olmayıb.

Lakin neftin gələcəyinə müasir baxış Körfəz ölkələrinin köhnə qiymət siyasətinə qayıtmasına səbəb olmayacaq. Bu siyasət isə hasilatı ixtisar etməklə qiymətləri qaldırmaqdan ibarət idi.

Təhlilçilərin fikrincə, əksinə neft ölkələri tezliklə bazardakı yerlər uğrunda mübarizəyə qoşulacaq və hasilatı artıracaqlar. Beləliklə çox neftin az qiymətə satılması tendensiyaya çevriləcək.

FT yazır ki, həm transmilli şirkətlər, həm də OPEC üzvləri üçün neftin sərfəli qiymət həddi enməkdədir. Təhlilçilərin fikrincə OPEC ölkələrinə büdcə kəsirlərini ləğv etmək lazım olan qiymət bu il 60 dollardırsa, 2020-ci illərin ortalarında bunun bir barrel üçün 50 dollara düşəcəyini gözləmək olar.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG