Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 14:35

Neftin qiyməti bu il ilk dəfə 45 dollardan aşağı düşüb


Bu il ilk dəfə olaraq neft qiymətləri bir barrel üçün 45 dollardan aşağı düşüb. Bu ötən yanvardan bəri 20 faiz eniş deməkdir.

Eyni zamanda neft qiymətləri ilin birinci yarısında 1997-ci ildən bəri ən böyük ucuzlaşmaya məruz qalıb.

Brent markasından olan neftin bir barrelinin qiyməti iyunun 21-də axşam 44, 51 dollar olub. Bu, bir gün əvvəllə müqayisədə 3. 26 faiz azdır.

Ekspertlər bildirirlər ki, neft qiymətlərinin kəskin düşməsinə Liviya və Nigeriyada hasilatın artması barədə xəbərlər səbəb olub.

Bu iki ölkə OPEC-in hasilatı azaltmaq barədə razılaşmasından istisna təşkil edir.

Neft qiymətlərinin belə dramatik enişinin digər əsas səbəbi ABŞ-da xam neft və benzin anbarlarının gözlənildiyindən daha dolu olmasıdır.

Bütün bunlar öz növbəsində OPEC-in qiymətləri qaldırmaq məqsədilə hasilatı azaltmaq barədə razılaşmasına ümidləri azaldır.

Amerikada neft hasilatının rekord sürətlə artması OPEC-in əldə etdiyi razılaşmanın bütün nailiyyətlərini heçə endirib.

CMC Markets firmasının təhlilçisi David Madden bildirib ki, hazırda vəziyyət 2015-ci ilin sonlarını xatırladır. O vaxt neft qiymətlərinin davamlı enişi başlanmışdı.

CNBC saytı yazır ki, vəziyyət kifayət qədər bəsitdir: təhlilçilər və strateqlər neft qiymətlərinin bu il orta hesabla bir barrel üçün 60 dollara çatacağı barədə proqnozlarını dəyişməyiblər, amma indi aydın olur ki, bu, baş verməyəcək.

Bu arada neft nəhənglərinin özlərinin dəyər reytinqləri də aşağı salınıb. Bu ilk növbədə Chevron, Royal Dutch, Repsol və BP-yə aiddir.

Ən maraqlısı budur ki, neft qiymətlərinin qalxması indi onun bir qədər də aşağı düşməsindən asılı olacaq.

Neft təhlilçiləri bildirirlər ki, Amerika şirkətləri neftin bir barrelinin 45 dollar civarında olduğu vaxt xeyirə işləyirlər, lakin qiymətlər 40 dollara düşərsə şist neftinin hasilatı yenidən sərfəli olmaya bilər.

Təhlilçilərin arasında neft qiymətlərinin bir barrel üçün 30 dollara düşə biləcəyini proqnozlaşdıranlar da var.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG