Keçid linkləri

Təcili xəbərlər
2018, 20 Avqust, Bazar ertəsi, Bakı vaxtı 20:45

Azərbaycanın xaricdəki neft pulları necə idarə olunur? [video]


Neftin puluna xaricdə nələr alınır?
Gözlə

No media source currently available

0:00 0:14:55 0:00

Neftin puluna xaricdə nələr alınır?

Necə olur ki, Azərbaycanın Neft Fondunun vəsaitlərinin 2016-cı ildə orta illik gəlirlilik dərəcəsi təqribən 2 faiz, Norveçin Neft Fondunun gəliri təqribən 7 faizdir?

Başqa sözlə, Nörveçin dövlət neft fondu hər 100 dollarına 7 dollar qazanıb, Azərbaycanın Neft Fondu isə hər 100 dollarına cəmi 2 dollar gəlir əldə edib.

İqtisadi Təşəbbüslər Mərkəzinin sədri Qubad İbadoğlu deyir ki, bunun səbəbi Norveçin Neft Fondunun daha təcrübəli olması, vəsaitləri daha riskli idarə bilməyidir. Azərbaycanın Neft Fondu gəliri az amma riski də az olan dövlət istiqrazlarına qoyur, Norveçin Neft Fondu isə daha çox özəl şirkətlərin səhmləri alır.

Buna da bax:​ Neft Fonduna AÇG-dən gələn gəlir artıb

Qubad Ibadoğlu
Qubad Ibadoğlu

Milli Məclisin İqtisadiyyat Komitəsinin üzvü, bitərəf deputat Vahid Əhmədov isə düşünür ki, Azərbaycan ehtiyatlı olmaqda haqlıdır:

"Özəl fondlara yerləşdirə bilər, əlbəttə. Amma bu, böyük riskdir. Belə böyük vəsaitləri yerləşdirəndə gəlirlər nəzərdə tutulur. Fikir verirsinizsə, dünya maliyyə bazarlarında çox ciddi problemlər üzə çıxır. Ona görə də hökumət bu riskləri nəzərə alır. Məsələn, Azərbaycan Beynəlxalq Bankın borcları yarananda burda vəsait yerləşdirmiş Qazaxıstan hökuməti tərəfindən nə qədər problemlər yaradıldı”.

Neft Fondunun 2017-ci il üçün gəlirləri təqribən 8,3 milyard manat müəyyənləşib. Fondun internet saytında yerləşdirilmiş məlumata görə, qurum bu pulları inkişaf etmiş xarici ölkələrin dövlət istiqrazlarında, borc kağızlarında, depozitlərdə, pul bazarı alətlərində, daşınmaz əmlakda, və qızılda saxlanır. 2016-cı ildə investisiyaların təqribən 80 faizini sabit gəlirli qiymətli kağızlar təşkil edib.

Buna da bax: 'Bu templə Neft Fondu yaxın bir neçə ilə tükənəcək'

Neft Fondundan mövzu ilə bağlı şərh ala bilmədik, telefon zənglərimizə cavab verilmədi.

İqtisadi Təşəbbüslərə Yardım Təşkilatının rəhbəri Azər Mehdiyev bildirir ki, Norveç Fondundan fərqli olaraq, Azərbaycan Dövlət Neft Fondunun indiki mahiyyəti daha çox yığım məqsədlidir.

Azər Mehdiyev
Azər Mehdiyev

Onun sözlərinə görə, Norveç Fondu daha çevik qərarlar qəbul edir, Azərbaycanın Fondu isə daha çox dəyərsizləşmənin qarşısını alır. Azər Mehdiyev deyir, bu formanı dəyişdirmək də olar:

"Həmin vəsaitin təbii ki, bir hissəsi sırf gəlir götürülməsi məqsədilə investisiya fondlarına verilə bilər. Bu barədə qərarlar hətta parlamentdə deyil, prezident tərəfindən verilir. Bu barədə prezidentə müraciət oluna bilər”.

Buna da bax: Neft Fondu hər hərracda 30 milyon dollar satıb

Amma Azər Mehdiyev deyir ki, bütün hallarda, bu mübahisəli məsələdir, çünki Neft Fondunun vəsaitləri o qədər çox deyil ki, parçalayaraq böyük gəlir əldə olunsun:

"İndiyə qədər Neft Fonduna 130 milyard dollardan çox vəsait daxil olub, onun təqribən 100 milyarda dolları xərclənib-dövlət büdcəsinə yönəldilib. Bu mexanizm əvvəldən tənzimlənməli və bu məsələyə daha ciddi yanaşmağa ehtiyac var idi”.

Biz Bakı sakinlərindən də soruşmuşuq ki, sizcə, neftin pulu indiyəcən nə dərəcədə səmərəli xərclənib?

Neft pulları səmərəli xərclənibmi?
Gözlə

No media source currently available

0:00 0:01:20 0:00

İqtisadçı alim Qubad İbadoğlu deyir ki, bu vəsaitlərin harda necə yerləşdirilməsi barədə qərarı yalnız hakimiyyət verir, ictimai təşkilatlar bu prosesə cəlb olunmur, onun sözlərinə görə, bu barədə qanunun tələbinin dəyişdirilməsi barədə hakimiyyətə müraciət etsələr də, müsbət cavab almayıblar.

Buna da bax:​ Əliyevlər devalvasiyadan milyonlar qazandılar (Araşdırma)

Azərbaycan Dövlət Neft Fondu 1999-cu ildə yaradılıb, məqsədi sərvətin nəsillər arasında bərabər bölünməsini, pulun səmərəli, məqsədyönlü xərclənməsini təmin etmək olub.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG