Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 08:53

Nazir: Neft bazarında çətinliklər davam edir


Aleksandr Novak
Aleksandr Novak

Rusiyanın energetika naziri Aleksandr Novak Neft İxrac edən Ölkələr Təşkilatı (OPEC) ilə qurum üzvü olmayan ölkələrin hasilatı azaltmalarına baxmayaraq, qlobal neft bazarında çətinliklərin qaldığını bildirib.

A.Novak «IHS CERAWeek 2017» Enerji Konfransında danışıb. Deyib ki, OPEC ilə Rusiya da daxil, qeyri-OPEC ölkələrinin hasilatı bu ilin əvvəlindən gündəlik ortalama 1.2 milyon barrel azaltmaq qərarı qiymətlərə müsbət təsir göstərib.

Sözügedən qərardan sonra neft qiymətlərinin hər barrelə görə 50-60 dollara çatdığını deyən A.Novak «İndiki qiymətlər bazardakı dəyişkənliyi azaltdı, qlobal bazara sabitlik qazandırdı. İnvestisiya da neft sektoruna dönməyə başladı», – deyə bildirib.

Buna da bax-Azərbaycan neft hasilatını vəd etdiyindən də çox azaldıb

A.Novak aşağı qiymətlərə görə neft bazarının təxminən 500 milyard dollarlıq investisiyanı itirdiyinə diqqət çəkib.

OPEC ilə əməkdaşlıq edərək bazarda tarazlığın yaradılmasını hədəflədiklərini dilə gətirən A.Novak «Neft bazarı o qədər qlobaldır ki, fərqli ölkələrlə həmrəylik içində olmaq gərəkdir. Ancaq neft bazarında çətinliklər qalır. Bu vəziyyəti yaxından təqib etməkdəyik», – deyə qeyd edib.

O, Rusiya enerji şirkətlərinin maliyyə baxımından güclü vəziyyətdə olduğunu da deyib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG