Keçid linkləri

Təcili xəbərlər
2018, 20 Fevral, çərşənbə axşamı, Bakı vaxtı 13:46

Rusiya və Ərəbistan hasilatı daha 9 aylığına dondurur


Aleksandr Novak və Khalid al-Falih

Dünyanın iki böyük neft hasilatçısı – Səudiyyə Ərəbistanı və Rusiya bazar ertəsi razılığa gəliblər ki, hasilatının azaldılması müqaviləsini gələn ilin martınadək, yəni daha 9 ay uzatsınlar. «Reuters» xəbər agentliyi yazır ki, məqsəd qlobal neft toxluğunu azaltmaq, qiymətləri qaldırmaqdır.

«BU ADDIMIN TƏSİRİ OLACAQ»

Neft hasilatçısı olan ölkələrin birləşdiyi OPEC mayın 25-də toplanır. Bu toplantıdan öncə belə bir açıqlamanın verilməsi və bəyanatın mətni bazarları təəccübləndirib. «Bu addımın ilkin mərhələdə hasilatın azaldılmasına razılaşmış OPEC üzvləri və digər hasilatçılara da təsiri olacaq», – agentlik vurğulayır.

Səudiyyənin energetika naziri Khalid al-Falih rusiyalı həmkarı Aleksandr Novak-la birgə bəyanatlarında qeyd edirlər ki, mövcud razılaşmanı daha 9 aylığa uzatmağa razılaşıblar.

Nazirlər satılmamış məhsulun (ehtiyatların) beşillik ortalama həddə enməsindən ötrü gərəkən bütün addımları atacaqlarını bildiriblər. Falih Pekində Novak-la birgə brifinqdə deyib ki, azalma var, amma istədikləri səviyyədə deyil.

Bu il yanvarın 1-dən qüvvəyə minmiş sazişə görə, OPEC və Rusiya daxil digər hasilatçılar ilin birinci yarısında gündəlik hasilatı 1.8 milyon barrel azaltmağa razılaşıblar. OPEC-in de-fakto lideri Səudiyyə və dünyanın ən böyük hasilatçısı Rusiya birlikdə qlobal neft təchizatının 1/5-ni verirlər.

SARSIDICI TAKTİKA

Əslində, OPEC və Rusiyanın bu sövdələşməsi gözlənən idi. Amma bəyanatın dili Asiya bazarlarında xam neftin qiymətini 1.5 faizdən çox artırıb.

«Məncə, OPEC və Rusiya anlayırlar ki, bazarı öz tərəflərinə çəkməkdən ötrü sarsıdıcı taktikaya ehtiyac var. Bazar həmçinin, təkcə hasilatın deyil, ixracın da azaldılmasını izləyəcək. Bazarda tarazlığın yaranmasından ötrü bu da vacibdir», – Sinqapurdan təhlilçi Virendra Chauhan belə deyir.

Hətta hazırda qüvvədə olan razılaşmadan sonra belə, bazar çox yaxşı təchiz olunub və neftin barrelinin qiyməti 50 dollar civarında vurnuxur.

OPEC-dən bir mənbə «Reuters»ə deyib ki, ilin əvvəlindən üzən anbarlardakı neftin 1/3-i azalıb.

Rusiya və Səudiyyə Ərəbistanı birlikdə gündəlik hasilatın 20 milyon barrelini verirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG