Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 16:48

Gözlər yenə neftin qiymətinə dikilir [mətbuat icmalı]


Dünyada neftin qiyməti (illüstrasiya)
Dünyada neftin qiyməti (illüstrasiya)

Azərbaycan Beynəlxalq Bankından götürülən böyük həcmli kreditlərin taleyi və “Azəri-Çıraq-Günəşli” yataqlar bloku ilə bağlı 2050-ci ilə kimi yeni sazişin imzalanması bu gün (15 sentyabr, 2017-ci il) medianın aparıcı mövzularındandır...

Böyük kreditlərin gizlinləri...

Yeni Müsavat” qəzetində “Beynəlxalq Bankın batan pulları xilas edilirmi…” sərlövhəli yazı oxumaq olar.

Buna da bax:​ Beynəlxalq Bank ətrafında növbəti pozuntu

Beynəlxalq Bankın batan pulları xilas edilirmi...

Ekspert: "“Aqrarkredit” gördüyü işlərlə bağlı xalqa məlumat verməlidir" Manatın 2015-ci ildə kəskin devalvasiyasına gətirib çıxaran səbəblərdən biri də, heç şübhəsiz ki, Beynəlxalq Bank ətrafında baş...

Yazıda bildirilir ki, bir neçə il öncə Beynəlxalq Bankdan kredit kimi böyük miqdarda maliyyə vəsaitləri götürülüb, ancaq qaytarılmayıb.

Bu məsələ ilə bağlı durumu dəyərləndirməkdən ötrü bank sahəsi üzrə ekspert Əkrəm Həsənovun düşüncələrinə yer verilir.

Buna da bax:​ BVF nümayəndəsi: 'İnflyasiya hələ də ikirəqəmlidir...'

Əkrəm Həsənov
Əkrəm Həsənov

Ə.Həsənov deyib ki, bankın problemli kreditləri “Aqrarkredit” QSC-yə ötürülüb. Həmin təşkilat bu məsələ ilə bağlı hansısa işləri görür, ancaq bütün proseslər qeyri-şəffafdır:

«“Aqrarkredit” iki ildir ki, bu işlə məşğuldur. Ancaq bir dəfə də olsa çıxıb məlumat vermirlər ki, nə qədər vəsait qaytarılıb, hansı işlər görülüb. Hətta bilirəm ki, məhkəmələr bunların xeyrinə qərar da çıxarırlar, hansısa şirkətin banka borcu varsa, gedib bütün əmlakını əlindən alırlar. Məhkəmə də qərarı verir və heç baxmır ki, həmin əmlak bu şirkətindir, yoxsa yox, belə problemlər az deyil».

Ekspertin düşüncəsinə görə, bütün bunlarla bağlı ictimaiyyətə ona görə açıqlama verilməlidir ki, bu kreditlər “Aqrarkredit” QSC-yə ötürülən zaman dövlət büdcəsindən Beynəlxalq Banka böyük vəsait ayrılıb.

Buna da bax:​ Problemli kreditlər bir aya cüzi artıb

Ə.Həsənov iddia edir ki, əgər proses qeyri-şəffaf şəraitdə aparılırsa nəzəri baxımdan korrupsiya istisna olunmur:

“Hər şey qeydiyyatla edilsə, lap qanunsuz aldıqları pulu belə banka vermək məcburiyyətində qalacaqlar. Ancaq biz onu görmürük və bilmirik ki, kimdən nə qədər alırlar, bu isə sonradan böyük problemə çevrilə bilər".

“Mənfəət nefti 2028-dən tez gözlənilmir”

Azadlıq.info” saytı “İkinci neft kontraktının imzalanması hansı zərurətdən irəli gəldi?” sualına cavab axtarır. Yazıda “Azəri-Çıraq-Günəşli” yataqlar bloku ilə bağlı dünən, sentyabrın 14-ü 2050-ci ilə kimi yeni sazişin imzalanmasını iqtisadçı Qubad İbadoğlu dəyərləndirib.

Buna da bax: Xarici dövlət borcu Maliyyə Nazirliyinin dediyindən çoxdur

Qubad Ibadoğlu
Qubad Ibadoğlu

Q.İbadoğlu bildirib ki, verilən məlumata görə, “Azəri-Çıraq-Günəşli” (AÇG) yatağının dərin sulu laylarında daha 500 milyon ton neft ehtiyatı var. Ancaq onun hasil edilməsindən ötrü əlavə 40 milyard dollar vəsaitə ehtiyac var. Bu investisiyaları şirkətlər qoymalıdır.

İqtisadçı vurğulayır ki, burada gözlənilən məsrəflərin 36 faizə qədəri BP-nin üzərinə düşür. Sazişdə hasilatın pay bölgüsü şərtlərinə görə, şirkətlər əldə etdikləri gəlirləri ilk növbədə məsrəflərin örtülməsinə yönəldirlər:

“Artıq bu xərclər tam ödəniləndən və sıfır səviyyə çatandan sonra mənfəət neftinin Azərbaycan dövlətinin xeyrinə bölgüsü sxemi işə düşəcək. Birinci saziş üzrə sıfır səviyyə 2008-ci ilin ilk rübündə qeydə alınmışdı. Ondan sonra isə rentabellik səviyyəsinə uyğun mənfəət neftinin 55/45 faiz və çox keçmədən isə 70/30 faiz sxemi işə düşmüşdü. Ancaq Azərbaycana çatacaq mənfəət neft heç vaxt 80 faiz təşkil etməmişdi. Çünki, 1-ci sazişdə 80/20 faiz sxemi daşınma xərcləri 1 barrel üçün 3 dollardan az təşkil edəcəyi halda nəzərdə tutulurdu. Azərbaycan neftinin daşınma xərcləri həmişə 1 barel üçün 3 dollardan yuxarı olub”.

Buna da bax:​ 'Azəri-Çıraq-Günəşli' üzrə yeni saziş imzalandı

Q.İbadoğlu deyib ki, indiki sazişin detalları tam açıqlanmayıb. O vurğulayıb ki, BP-nin məlumatına əsasən yeni sxem ən yaxşı halda 75/25 faiz nisbətində olacaq:

“Ancaq həmin sxemlə mənfəət neftinə nə zaman çatılacağı məlum deyil. Əgər 1-ci sazişdə məsrəflərin örtülməsi üçün sıfır səviyyə 11 ildən sonra baş vermişdirsə, ikinci saziş üzrə də bu müddəti əsas götürsək, onda sıfır səviyyəyə 2028-cu ildən tez çata bilməyəcəyik”.

İqtisadçı deyib ki, bu səviyyəyə nail olmadan isə ikinci sazişdən əhəmiyyətli gəlir gözləməyə dəyməz. Üstəlik, onun fikrincə bu sazişdə hasilatın xərcləri daha tutumlu və çox vaxt aparacaq:

“Çünki, bu saziş çərçivəsində neft daha dərində yerləşən laylardan çıxarılır”

Buna da bax:​ Neft sazişinin müddət və şərtləri dəyişdi, dəyişməyən nə oldu

Q.İbadoğlu deyib ki, bu sazişdə diqqət çəkən vacib məqamlardan biri də nəzərdə tutulan 40 milyardlıq investisiyanın 25 faizinin SOCAR-ın öhdəsinə düşməsidir:

“Bu isə o deməkdir ki, SOCAR bu yatağa əlavə olaraq 10 milyard dollar investisiya yatırmalı və mənfəət neftindən də əsas payını 10-15 ildən sonra əldə etməlidir”.

İqtisadçı vurğulayıb ki, yenə də çox şey neftin dünya bazar qiymətindən asılı olacaq...

İqtidara etimadın göstəricisi-yeni saziş

Azərbaycan” qəzetində dərc edilən “İlham Əliyev Azərbaycanın yeni inkişaf mərhələsinin əsasını yaratdı” sərlövhəli məqalədə isə bu saziş fərqli yöndən dəyərləndirilir.

Buna da bax:​ SOCAR yeni sazişdə payını iki dəfədən çox artırır?

Müəllif yazır ki, ABŞ, Avropa İttifaqı, İngiltərə və başqa fövqəlgüclər “Yeni əsrin müqaviləsi”nin imzalanması ilə Azərbaycan iqtidarına, Heydər Əliyev kursuna siyasi, iqtisadi dəstəklərinin davam edəcəyinin mesajını veriblər.

Yazıda vurğulanır ki, hələ 1994-cü ildə neft kontraktlarının imzalanması ilə Azərbaycan yeni dünya düzəninin neft xəritəsinin əsas memarları sırasına daxil olub.

“Yeni əsrin müqaviləsi”nin imzalanması mərasimində
“Yeni əsrin müqaviləsi”nin imzalanması mərasimində

Müəllif sentyabrın 14-də yeni sazişin imzalanmasını da belə dəyərləndirilir:

“Yeni sazişlə Azərbaycan Avrasiya məkanında malik olduğu əlahiddə iqtisadi və geosiyasi mövqeyinin azı daha 30 il davamlılığını təmin etdi. Həmçinin, böyük neft-qaz ixracatçısı kimi gələcək inkişafın yeni etibarlı bünövrəsini formalaşdırdı”.

Buna da bax:​ 'Korrupsiyada, repressiyada öndə, təhsildə, səhiyyədə, sondayıq'

Müəllif vurğulayır ki, bu sazişlə Azərbaycanın növbəti intibah mərhələsi başlayır. Ölkə daha geniş “təhlükəsizlik kəməri” əldə edir, xarici sərmayədarlar bonus olaraq Azərbaycana 3,6 milyard dollar (6 milyard manatdan artıq) vəsait verəcəklər. Üstəlik, yeni sazişdə SOCAR-ın payı 11 faizdən 25 faizə çatdırılır.

Yazıda bildirilir ki, yeni saziş həm də 10 minlərlə yeni iş yerinin açıqlaması anlamına gəlir:

“Bu sazişlə qeyri-neft sektorunun, xüsusən də aqrar sahənin inkişafında “böyük dalğa” başlayacağı və bu istiqamətə dövlət dəstəyinin həcminin daha da artırılacağı proqnozlaşdırılır. Beləliklə, iqtisadi islahatlar kursunun, modernləşmənin yeni keyfiyyət mərhələsi başlayır...”

XS
SM
MD
LG