Keçid linkləri

Təcili xəbərlər
2021, 10 May, Bazar ertəsi, Bakı vaxtı 10:14

Holokostu Anım günü qeyd olunur - «Büllur gecə» fotoları

Yanvarın 27-də İsrail, Rusiya, Almaniya və başqa ölkələrdə Beynəlxalq Holokostu Anım günü qeyd olunur. 60 İsrail deputatı 2-cü Dünya Müharibəsi zamanı ölüm düşərgəsi olan Polşadakı Auschwitz-Birkenau-a gedib. İkinci Dünya müharibəsində nasistlər tərəfindən təxminən 6 milyon yəhudi öldürülüb. Almaniyada yəhudilərə qarşı zorakılıqların ilk illərində çəkilmiş fotoları təqdim edirik. 1938-ci il noyabrın 9-da və 10-da faşistlər Almaniya və Avstriyada yəhudi talanlarına başlayıblar. 200-dən çox sinaqoq yandırılıb, yəhudi məzarlığı dağıdılıb, 7 min 500 yəhudi mağazasının şüşələri çilik-çilik edilib. Küçələr şüşə qırıntılarıyla örtüldüyündən talanlar tarixə «Büllur gecə» adıyla düşüb.

Davamı

Bölmələr

XS
SM
MD
LG