Keçid linkləri

Təcili xəbərlər
2018, 23 Fevral, Cümə, Bakı vaxtı 06:56

Qazaxıstan hökuməti paytaxt Astananın hava limanının adını dəyişdirərək «Nursultan Nazarbaev Beynəlxalq Hava Limanı» qoyub. Hökumətin qərarı iyunun 21-dən qüvvəyə minir. Qazaxıstanda məktəblər şəbəkəsi, universitet, kitabxana ölməz prezident Nursultan Nazarbaev-in adını daşıyır. Onun şərəfinə abidələr ucaldılır, kitablar yazılır və haqqında filmlər çəkilir.

Hökumətin qərarında hava limanının adının dəyişdirilərək prezident N.Nazarbaev-in şərəfinə adlandırılması əsaslandırılmayıb.

LİDERİN YOLU... NURLU YER

Qazaxıstanda dəfələrlə bir sıra strateji obyektlərə prezidentin adının verilməsi təşəbbüsləri irəli sürülüb. Belə təşəbbüslərdən biri ölkənin müstəqilliyinin 25-ci ildönümü münasibətilə bəyannamənin qəbulu zamanı parlamentin deputatları tərəfindən səsləndirilib. Ötən ilin noyabrında qəbul olunmuş həmin bəyannamənin mətnində Nazarbaev-in dövlət quruculuğunda oynadığı «fundamental» rolun və bu işə verdiyi «mühüm töhfələr»in ölkə Konstitusiyasında təsbit edilməsi və onun adının paytaxt Astanaya verilməsi təklif olunur. O zaman Nazarbaev bu təkliflərə cavab olaraq insan kimi belə diqqətdən çox məmnun olduğunu demişdi. O, belə təşəbbüslərin arxasında şəxsən özünün dayanmadığını vurğulamağı da unutmamışdı.

Qazaxıstanda artıq Nazarbaev Universiteti, Nazarbaev intellektual məktəbləri, Birinci Prezident Kitabxanası fəaliyyət göstərir. N.Nazarbaev haqqında «Liderin yolu» adlı kinosalnamə çəkilib, onlarla kitab yazılıb, ölkənin bir sıra şəhərlərində birinci (və hələlik yeganə) prezidentə çoxsaylı abidələr qoyulub.

Qazaxıstanda çox sayda obyekt və proqramların adında «nur» və «nurlu» sözləri hallanır. Məsələn, Astanada bu il açılmış dəmiryol vağzalının adını «Nurlı jol» (Nurlu yol) qoyublar. Dövlətin evlə təminetmə proqramı isə «Nurlı jer» (Nurlu yer) adlanır.

Asyly Osman
Asyly Osman

«KİM BUNA QARŞI ÇIXA BİLƏR?»

Qazaxıstan Xalqı Assambleyasının (prezident yanında məşvərət-məsləhət orqanı) üzvü Asyly Osman hava limanının adının dəyişdirilməsini düzgün addım sayır.

«Əgər xalq belə bir qərar veribsə, kim buna qarşı çıxa bilər? Nazarbaev-in xidmətləri var. Bizim hava limanımız, Allaha şükür, dünya səviyyəsindədir. Ona görə biz yaxşı şeylərə qarşı deyilik. Biz Nazarbaev-in ...əməyini yüksək qiymətləndirməliyik», – A.Osman deyir.

Politoloq Talgat Mamyrayymov paytaxtın hava limanına Nazarbaev-in adının verilməsini şəxsiyyətə pərəstişin möhkəmləndirilməsi yolunda daha bir addım hesab edir.

«Bu, artıq çeynənmiş mövzudur. Bütün ölkədə şəxsiyyətə pərəstişi genişləndiririk. Bundan artıq nə demək olar? Əlbəttə, prezidentin doğum günü üçün ətrafındakı yaltaqlar yüngülvarı hədiyyə hazırlayıblar. Bundan daha böyük və dəyərli şeyə ağılları yetmir», – deyə Mamyrayymov AzadlıqRadiosunun qazax xidmətinə bildirib.

«DAHA BİR QAT BOYA»

Qazaxıstan prezidenti N.Nazarbaev iyulun 6-da özünün 77-ci doğum gününü qeyd edəcək. Həmin gün ölkədə istirahət günüdür, rəsmən Paytaxt Günü qeyd olunur.

Qazaxıstanı 27 il ərzində idarə etmiş ölməz rəhbər N.Nazarbaev «millətin lideri» statusuna malikdir. Qanunvericilikdə təsbit olunmuş bu status ona hətta istefa verdikdən sonra da hər hansı təqibə, yaxud məsuliyyətə qarşı toxunulmazlıq verir. Qazaxıstan Konstitusiyasında N.Nazarbaev-in prezident seçkisində öz namizədliyini irəli sürməsinə hər hansı məhdudiyyət mövcud deyil.

Bu il Qazaxıstanda qəbul edilmiş Konstitusiya dəyişikliklərinin məqsədinin səlahiyyətlərin yenidən bölünməsi, parlament və hökumətin rolunun gücləndirilməsi olduğu bildirilirdi. Ancaq bu dəyişikliklər arasında prezidentin statusunun gücləndirilməsini nəzərdə tutan düzəlişlər də var. Konstitusiyanın yeni maddələrinin birində oxuyuruq: «Əsası müstəqil Qazaxıstanın banisi, Qazaxıstan Respublikasının Birinci Prezidenti - Elbaşı (onun statusu dəyişməzdir) tərəfindən qoyulmuş...».

«Freedom House» təşkilatı bu islahatı arxasında güclü antidemokratik rejimin dayandığı köhnə demokratiya fasadına vurulmuş «daha bir qat boya» adlandırıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG