Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 09:26

Naxçıvanın daxili işlər naziri işdən çıxarıldı


Əhməd Əhmədov (mia.gov.az)
Əhməd Əhmədov (mia.gov.az)

Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri Əhməd Əhmədov vəzifəsindən azad edilib.

Naxçivantv.az saytının xəbərin görə, bununla bağlı iyunun 28-i Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov müvafiq sərəncam imzalayıb.

Hələ bir həftə öncə bəzi KİV-lər Əhməd Əhmədovun işdən çıxarılması haqda məlumatlar yaymışdılar.

Onda bu, nazirin Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovun qəzəbinə gəlməsi ilə izah edilirdi. Bununla belə, həmin vaxt hər hansı rəsmi açıqlama olmamışdı.

Naxçıvanda adının çəkilməsini istəməyən mənbənin verdiyi məlumata görə, nazirin işdən çıxarılması ilə paralel Muxtar Respublika polisində həbs edilənlər də var. Ancaq bu məlumat rəsmən təsdiqlənmir.

Əhməd Əhmədov nazir olarkən daim Naxçıvandan olan müstəqil jurnalist və qeyri-hökumət təmsilçiləri arasında tənqid olunub. Muxtar Respublikada hüquq pozuntuları ilə bağlı məlumatlarda Əhməd Əhmədovun da adı tez-tez çəkilib.

Əhməd Əhmədovu kimin əvəz edəcəyi isə, hələlik, açıqlanmayıb.

Buna da bax: "Əhməd Əhmədov onları soyundurub, şəxsən özü çubuqla döyüb"

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG