Keçid linkləri

2017, 28 Mart, çərşənbə axşamı, Bakı vaxtı 02:28

Naxçıvanda bəbirlərin axtarışına başlanılıb


Bəbir, Naxçıvan ərazisində, dekabr 2015

Bəbir, Naxçıvan ərazisində, dekabr 2015

Millli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin Bioresurslar İnstitunun əməkdaşları elmi ekspedisiyalara başlayıblar.

Xəbəri AMEA-nın saytı yayıb.

Məqsəd Naxçıvan Muxtar Respublikasının bitki və heyvanlar aləminə aid materialların, faydalı bitkilərin əhatəli öyrənilməsidir.

Buna da bax: Naxçıvanda daha bir bəbir tapıldı

İnstitutun direktoru Tariyel Talıbov bildirib ki, Şərur, Şahbuz, Ordubadda və müxtar respublikanın bəzi dağlıq ərazilərində digər heyvanlarla yanaşı, bəbirlər də yaşayır. Direktor Ümumdünya mühafizə fondundan alınan fototələlər vasitəsilə onların şəkillərinin və videolarının çəkildiyini deyib. Bildirib ki, 2001-ci ildən Naxçıvan MR-də ovçuluğun qadağan olunması bu heyvanların bölgədə intensiv həyat sürməsinə gətirib çıxarıb.

Tariyel Talıbovun sözlərinə görə, ekspedisiyalar zamanı bəbirlərin yaşayış arealı və həyat tərzi öyrəniləcək, həmçinin zəhərli ilanların tədqiqatı aparılacaq.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG