Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 07:29

Pakistanın baş naziri vəzifədən qovulur


Nawaz Sharif
Nawaz Sharif

Pakistanın baş naziri vəzifədən qovulur.

Bu barədə iyulun 28-də Pakistanın Ali Məhkəməsi qərar verib. Xeyli müddətdir «Panama Paper» qalmaqalını araşdıran məhkəmə bu gün həmin işlə bağlı baş nazir Nawaz Sharif-in vəzifəsindən kənarlaşdırılması barədə qərar çıxarıb və həmin qərar dövlət televiziyası ilə yayılıb.

***Buna da bax-'Panama Papers': Prezident övladlarının London mülkləri

Beş nəfərdən ibarət, hakim Ijaz Afzal Khan-ın rəhbərlik etdiyi Ali Məhkəmənin qərarına bütün üzvlər səs veriblər.

Bu arada Pakistan paytaxtında yüksək təhlükəsizlik tədbirləri görülüb, 3 mindən çox əməkdaş təhlükəsizliyi qoruyur.

***Buna da bax-'Azərfon'a İlham Əliyevin qızlarına məxsus Panama şirkətləri nəzarət edir

Beynəlxalq Jurnalist Araşdırmaları Konsorsiumunun ötən il aprelin 3-də açıqladığı sənədlərə görə, 200-dən çox Pakistan vətəndaşının ofşor şirkətləri olduğu bildirilir.

Baş nazir Nawaz Sharif-in iki oğlu (Hussain Hassan), qızı Maryam, həmçinin Sharif-in qardaşı və Pəncab əyalətinin baş naziri Shahbaz Sharif-in iki arvadının qohumları da onların arasındadır.

Yeni məlumatlar gəldikcə, bu xəbər yenilənəcək.

Azərbaycan prezidenti Panama Papers hesabatında...
Gözlə

No media source currently available

0:00 0:02:27 0:00

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG