Keçid linkləri

Təcili xəbərlər
2018, 20 Avqust, Bazar ertəsi, Bakı vaxtı 09:37

Navalny azadlığa çıxıb


Navaly-nin ofisində polis reydi

İyunun 7-də Rusiyanın müxalifət lideri Aleksey Navalny 25 gün inzibati həbsdən sonra azadlığa çıxıb. Navalny-nin tərəfdarları onun günorta saatlarında azad olunacağını gözləyirdilər. Lakin o Moskva vaxtı ilə səhər 9-da və fərqli məkanda azadlığa buraxılıb. Buna görə də tərəfdarları onu qarşılaya bilməyiblər.

Bu gün həm də Navalny-nin Perm şəhərindəki təbliğat ofisinin rəhbəri Maksim Zhilin də sərbəst buraxılıb.

Maksim Zhilin iyunun 6-da seçki kampaniyasının materiallarını daşıyan vaxt saxlanıb. Bu haqda Perm ofisi sosial şəbəkələrdə məlumat paylaşıb.

Perm ofisinin işçisi Natalya Vavilova deyir ki, polis Zhilinin və Navalny-nin tərəfdarlarından birinin maşından seçki təbliğatı materialları olan qutuları müsadirə edib.

NAVALNY-NİN OFİSLƏRİNDƏ POLİS REYDİ...

İnterfax xəbər agentlyinin xəbər yayıb ki, polis 3 tona yaxın braşur və qəzet müsadirə edib.

İyunun 6-da isə rusiya hökuməti Navalny-nin Moskvadakı seçki qərargahında axtarış aparıb.

Navalny-nin tərəfdarları deyir ki, 10 polis əməkdaşı Kremlin tənqiçisinin ofisində komputer və təbliğat materiallarını da müsadirə ediblər.

Navalny 2018-ci ilin martında Rusiyada keçiriləcək prezident seçkilərində namizədliyini verməyi planlayır.

Günün bütün mövzuları

XS
SM
MD
LG