Keçid linkləri

Təcili xəbərlər
2018, 16 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 08:31

Aleksei Navalny ona rədd cavabı verən şəhər rəhbərliyini tənqid edib


Aleksei Navalny

Rusiyanın müxalifət lideri Aleksei Navalny Moskva hakimiyyətinin iyunun 12-də şəhərin mərkəzindən kənarda etiraz aksiyası keçirmək icazəsinə qarşıdır.

Öz YouTube kanalında yerləşdirdiyi video müraciətdə Navalny onlara Moskvanın əsas küçəsi – Tverskaya küçəsi boyunca yürüş edib, Kreml yaxınlığında mitinq keçirmək müraciətinə rədd cavabı verən şəhər rəhbərliyini tənqid edib.

O, rəsmiləri “tərbiyəsizlikdə” ittiham edir.

Mayın 31-də Moskvada təhlükəsizlik şöbəsinin müdiri Vladimir Chernikov bildirib ki, həmin vaxt şəhərin mərkəzində başqa bir tədbir də var və ona görə Navalny-nin istədiyi yerdə yürüş və mitinq keçirməsi digər tədbirə mane ola bilər.

Öz müraciətində Navalny bildirir ki, iyunun 12-ə nəzərdə tutulan yürüş və mitinqə 209 şəhərdən fəalların qatılacağı gözlənir.

Aleksei Navalny 2018-ci il prezident seçkisinə qatılmaq niyyətindədir. Onun bu niyyətini artıq 470 mindən çox dəstəkləyən var.

Aleksei Navalny prezident Vladimir Putin başda olmaqla Rusiya hakimiyyətinin sərt tənqidçilərindəndir.

Günün bütün mövzuları

XS
SM
MD
LG