Keçid linkləri

Təcili xəbərlər
2018, 24 Fevral, şənbə, Bakı vaxtı 08:22

Navalny-nın araşdırmasına çıxış məhdudlaşdırıla bilər


Sergei Prikhodko və Oleg Deripaska

“Roskomnadzor” müxalifətçi Aleksei Navalny-nın biznesmen Oleg Deripaska və baş nazir müavini Sergei Prikhodko ilə bağlı qalmaqallı araşdırması və videosunu qadğan edilmiş informasiyalar siyahısına salıb.

Bu barədə korrupsiya ilə mübarizə fondunun nümayəndəsi Georgi Alburov məlumat verib.

Azadlıq Radiosunda olan məlumata görə qərarı fevralın 9-da Krasnodar diyar məhkəməsi çıxarıb.

Amma məhkəmənin saytında hələlik bu barədə məlumat yoxdur.

Navalny-nın bu araşdırmasına görə, Prokhodko 2016-cı ildə bir neçə günü Deripaska-nın yaxtasında keçirib. Müxalifətçi bunu “rüşvət” hesab edir.

Deripaskanın nümayəndəsi isə deyir ki, milyarder qanunsuz heç nə etməyib və məhkəməyə müraciət edə bilər.

Buna da bax: Seks, yalanlar və Instagram: Rusiyada “Rıbkageyt” davam edir

Rusiya müxalifətçisi Aleksey Navalnı bu həftə Rusiya milyarderi Oleq Deripaska, baş nazir müavini və metallurgiya maqnatının keçmiş sevgilisi olduğunu iddia edən qadın barədə materialları yayıb.

Oleg Deripaska və Sergei Prikhodko
Oleg Deripaska və Sergei Prikhodko

Deripaska fevralın 9-da bildirib ki, “onun şərəf və ləyaqətinin təhqir olunmasına edilmiş istənilən cəhdlə məhkəmədə mübarizə aparacaq”.

Navalnı Deripaska ilə Rusiya baş nazirinin müavini Sergey Prixodkonun görüşü haqqında məlumatları yaymışdı. Bu görüşün Norveç sahillərində, Deripaskanın yaxtasında keçirildiyi bildirilirdi.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG