Keçid linkləri

2017, 20 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 11:51

Kreml Navalnının aksiyalarında tutulanların hamısının buraxıldığını deyir


Polis Sankt Peterburqda Navalnı trəfdarlarını saxlayır. REUTERS

Rusiyanın daxili işlər nazirliyi bildirib ki, oktyabrın 7-də saxlanan bütün müxalifətçilər sərbəst buraxılıb.

Nazirlik deyir ki, ölkə boyu 26 şəhərdə "icazəsiz aksiyalarda" 136 nəfər saxlanmışdı. Onların təxminən yarısına qarşı inzibati ittihamları irəli sürülüb və 60 nəfər məhkəməyə gəlməli olacaq.

***

Bunadan əvvəl Rusiyanın hüquq-müdafiə təşkilatları məlumat yaymışdılar ki, müxalifət lideri Aleksey Navalnının çağırışı ilə oktyabrın 7-də ölkəboyu keçirilən aksiyalarda 290 nəfəri saxlanıb.

Saxlanmalar 26 şəhərdə olub. Ən çox da Sankt Peterburqda. 68 nəfər.

Moskvada "OMON" 26 nəfəri saxlayıb Amma onlar oktyabrın 8-i səhərə olan məlumata görə, buraxılıblar.

Ölkəboyu keçirilən etiraz aksiyalarının çoxu yerli hakimiyyətlərlə razılaşdırılmışdı.

Navalnının özü "mitinqlərin keçirilməsinin razılaşdırılması qaydalarının təkrar pozulmasına görə" həbsdədir.

Aksiya iştirakçıları Navalnıya 2018-ci ilin prezident seçkilərində iştirak etməyə şərait yaradılmasını tələb ediblər.

Buna da bax: Milli Şuranın Bakıdakı mitinqi

Günün bütün mövzuları

XS
SM
MD
LG