Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 06:58

Navalnı 'Putinin gizli daça adası' haqqında video yayıb


Aleksey Navalny
Aleksey Navalny

AzadlıqRadiosu yazır ki, Rusiyanın antikorrupsiya fəalı və Kremlin qatı tənqidçisi Aleksey Navalnı indiyədək baş nazir Dmitri Medvedevin, müdafiə naziri Sergey Şoyqunun, Kreml sözçüsü Dmitri Peskovun və baş prokuror Yuri Çaykanın gizli sərvətlərini faş edən videolar hazırlayıb.

İndi isə müxalifətçi və onun təhqiqat komandası daha yüksək postdakı şəxsi – Vladimir Putinin özünü hədəfləyiblər.

Navalnı avqustun 30-da yaydığı videoda iddia edir ki, Rusiyanın Finlandiya ilə dəniz sərhədindəki adada qədim bir kənd malikanəsi Putinin istirahəti üçün bərpa edilib.

Videoda qeyd edilir ki, 50 hektar ərazisi olan bu malikanə Fin körfəzindən şımalda yerləşən buxtanın sahilindəki Vıborq şəhərinə yaxın Lodoçnı adasında yerləşir.

Navalnı iddia edir kİI, bu malikanədə bir neçə bina və helikopter meydançası yaradılıb. Vaxtilə Villa Selqren kimi tanınan qədim mülk də bu ərazidədir. 1980-ci illrədə bu evdə Şerlok Holms filminin çəkilişləri aparılıb.

Navalnı bunu da bildirir ki, bu ev 2010-cu ildə kriminal aləmdə Tambov qruplaşması kimi tanınan dəstənin başçısı İlya Traber tərəfindən bərpa edilib.

İspaniya hökumətinin 2016-cı il tarixli axtarış siyashısında olan bir neçə rusiyalının arasında Traberin də adı çəkilirdi.

Navalnı bidlirir ki, qədim mülk Putinin Sankt Peterbuqrdakı yaxın adamlarından Oleq Rudnova məxsus olub. Rudnov Baltic Media Group şirkətinin rəhbəri olub.

Rudnov Putinin başqa bir yaxın adamı – klassik musiqiçi Sergey Roldiginə məxsus başqa bir şirkətə də rəhbərlik edib. Bu həmin Roldugindir ki, Panama sənədlərinin təhqiqatına əsasən Putinin bəzi məxfi sərvətlərinin gizlədilməsində alət olduğu söylənirdi.

Navalnı iddia edir ki, Rudnov deyildiyinə görə, Bank Rissiya ilə bağlara malik olub. Bu bankın tabe olduğu maliyyə holdinqinin rəhbəri Yuri Kovalçuk ABŞ sanksiyaları siyahısına daxil edilib.

Rudnov 2015-ci ildə vəfat edəndən sonra atasının bizneslərinə oğlu Sergey sahiblənib.

“Putin muzeyi”

Navalnı deyir kİ, bu adadakı başqa bir bina “Putin muzeyi” üçün bərpa edilib. Burada Rusiya liderinin fotoları və ona aid əşyalar saxlanır.

Müxalifətçi bunu da bildirir ki, internetdə bu evin mühəndisinin rezumesinə rast gəlib. Həmin mühəndisin işlədiyi digər obyektlərin arasında Qara dəniz sahilindəki prezident rezidensiyası da var.

Kreml Navalnının son videosuna heç bir reaksiya verməyib.

Navalnının videosundakı informasiyanı müstəqil Dojd telekanalının bir reporajı da təsdiq edib. Bu reporatajda sözü gedən malikanə təhqiq olunmuş və Dojd Navalnı ilə eyni nəticəyə gəlmişdi.

Dojd telekanalı əlavə edirdi ki, Rudnov həm də başqa əlaqələrə malik olub və onun Kiril Şamalov ilə biznes əlaqələrinin olduğu düşünlür. Bəzi məlumatlara görə Şamalov Putinin qızına evlidir.

AzadlqıRadiosu yazır ki, bundan əvvəllər də hökuməti tənqid etməsi Navalnının məhkumluğu ilə nəticələnib və bu məhkumluq onu 2018-ci ildə prezident seçkisində namizəd olmaqdan məhrum edir.

Ötən iyun ayında Navalnı bütün Rusiya boyunca etiraz aksiyaları təşkil etmişdi. Bu, Putinin hakimiyyətdə olduğu 17 ildə ən irimiqyaslı etirazlar idi.

Navalnının son ifşaedici videosuna YouTube saytında cəmi bir neçə saat ərzində yarım milyon baxış olub.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG