Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 07:53

'Brilyant atanın qızıl övladı'


Dmitri Peskov
Dmitri Peskov

Rusiyanın ən nüfuzlu antikorrupsiya fəalı və prezident Vladimir Putinin rəqibi Aleksey Navalnı yazıb ki, Kremlin sözçüsü Dmitri Peskovun oğlu heç bir iş sahibi olmasa da, dəbdəbəli həyat sürür.

Avqustun 17-də yazdığı “Brilyant atanın qızıl uşağı” başlıqlı bloq-postda Navalnı iddia edir ki, Peskovun əvvəlki nikahdan olan oğlu Nikolay Choles bahalı avtomobillərlə dolu qaraja sahibdir və vaxtaşırı özəl təyyarələrdə və lüks yaxtalarda səfərlər edir.

Navalnı yazır: “Nikolay 20 milyon insanın yoxsulluq həddindən aşağı səviyyədə yaşadığı və əhalisinin 70 faizinin 45 min rublluq maaşı (750 dollar) yalnız yuxusunda gördüyü bir ölkədə heç bir iş görmədən ən yüksək səviyyədə bəxtəvər ömür sürməyin mümkün olduğuna sübutdur”.

Bloger yazır ki, o, Nikolay Choles-un həyatını son bir neçə ildə müşahidə edib.

Navalnı qeyd edir ki, Peskovun birinci nikahından olan oğlu Choles 1990-cı illərdə Britaniyaya köçüb və orada anası və ögey atası ilə yaşayıb. Choles onun atalığının soyadıdır. Nikolay 6 il əvvəl Rusiyaya qayıdıb.

Navalnı iddia edir ki, Nikolayın 150 min dollarlıq Tesla da daxil, bahalı maşınlardan ibarət avtoparkı var.

Navalnı sübut kimi yol hərəkətinin pozulmasına görə cərimə bildirşinin surətini də dərc edib. Bu bildirişdən Tesla avtomobilinin Nikolay Choles-a məxsus olduğu görünür. Ümumiyyətlə isə onun adına bir ildə 116 cərimə yazılıb.

Bloqda deyilir ki, Choles-un Moskvada iki mənzili var. Bloq postda verilmiş fotolarda Nikolay özəl təyyarənin göyərtəsində, sərnişin təyyarəsinin birinci dərəcəli kayutunda, yaxtada və müğənni Seal-lə birlikdə görünür.

Navalnı həm də 2012-ci ilə aid bir sənəd dərc edib. Bu sənəddən görünür ki, atalığı Nikolay üçün heç bir aliment ödəmirmiş.

Navalnı iddia edir ki, Nikolayı Russia Today agentliyində vəzifəyə təyin ediblər.

Choles və Peskov bu bloqla əlaqədar hələ ki, şərh verməyiblər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG