Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:49

Navalnının çağırışı ilə Putinin ad günündə aksiyalar (Foto, Video, Yenilənir)


Novosibirsik. Navalnının tərəfdarları küçələrə çıxıb
Novosibirsik. Navalnının tərəfdarları küçələrə çıxıb

Ən yeni məlumatlar yazının əvvəlinə qoyulur. Aksiyadan canlı yayıma Azadlıq Radiosunun rus xidmətinin Facebook səhifəsində baxa bilərsiz.

PUTİNİN SÖZÇÜSÜ XƏBƏRDARLIQ ETMİŞDİ...

Putinin sözçüsü Dmitri Peskov oktyabrın 3-də bildirmişdi ki, "icazəsiz mitinqlərə çağırış qanunsuzdur, ona görə də belə aksiyaların təşkilatçıları cəzalandırılacaqlar".

Navalnı öz tərəfdarlarına çağırış edərək onları siyasi rəqabət mühiti yaradılması uğrunda mübarizə üçün küçələrə çıxmağa çağırmışdı.

Navalnı ölkə boyu 60 seçki qərargahı açıb.

O gələn ilki seçkidə indiki prezident Putinə rəqib olmaq istəyir.

Navalnının tərəfdarları Moskvada aksiya keçirir
Gözlə

No media source currently available

0:00 0:05:29 0:00

​Mərkəzi Seçki Komissiyası iyunda bildirib ki, Navalnı maliyyə cinayətlərində təqsirli bilindiyi üçün seçkiyə qatıla bilməz.

Navalnı özünü təqsirli saymır.

Seçki gələn ilin martında olacaq.

ÖRDƏKLƏR ÜÇÜN EV...

Samarada 7 nəfərin saxlandığı haqda məlumat yayılıb.

Moskva polisi Navalny tərəfdarlarının qarşısını kəsib
Moskva polisi Navalny tərəfdarlarının qarşısını kəsib

İjevsk və Yakutskda da saxlananların olduğu deyilir. Yekaterinburqun meri Yevgeny Roizman da öz şəhərində yürüşə qatılıb. Bu şəhərdə 10 nəfərin saxlandığı bildirilir.

Sankt-Peterburqda Navalny-nın sekmi kampaniyasının koordinatoru Mikhail Sosin və kampaniyanın hüquqşünası Denis Mikhailov saxlanıblar.

Azadlıq Radiosunun müxbiri xəbər verir ki, Moskvanın Puşkin meydanına bir neçə yüz nəfər etirazçı toplaşıb.

Onlar Kremlə yürüş etmək istəyiblər. Amma polis qarşılarını kəsib.

Bəzi etirazçılar əllərində ördək fiqurları tutublar.

Bununla onlar Navalnının baş nazir Dmitri Medvedevlə bağlı araşdırmasına işarə vurublar.

Araşdırmaya görə, Medvedevin malikanəsində ördəklər üçün ayrıca ev də var.

Aksiyaçılar "Putin oğrudur", "Ad günün mübarək", "Putinsiz Rusiya" şüarları səsləndiriblər.

PUTİNİN 65 YAŞI...

Rusiyada həbs edilmiş müxalifət lideri Aleksey Navalnının tərəfdarları ölkə boyu etiraz aksiyalarına çıxıblar.

Yürüş və piketlər onlarla şəhərdə, o cümlədən Moskva, Xabarovsk, Ulan-ude, Stavropolda keçirilib.

Aksiya iştirakçıları Navalnıya 2018-ci ilin prezident seçkilərində iştirak etməyə şərait yaradılmasını tələb ediblər.

Stavropoldakı aksiya
Stavropoldakı aksiya

Rusiya prezidenti Vladimir Putinin doğma şəhəri Sankt-Peterburqda polis aksiyanın keçiriləcəyi meydanı qapadıb.

Aksiyalar Putinin 65-ci ad günündə keçirilir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG