Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 21:38

Stiven Mann: «Biz bu vacib ildə başladığımız mühüm işi başa çatdırmalıyıq»


Stiven Mann Dağlıq Qarabag münaqişəsi üzrə ATƏT-in amerikalı həmsədri
Stiven Mann Dağlıq Qarabag münaqişəsi üzrə ATƏT-in amerikalı həmsədri
Amerikalı həmsədr «konfliktin həlli üçün hər iki tərəf ümumi zəmin tapmalıdır» - deyir

«ATƏT-in Minsk Qrupunun (MQ) həmsədrləri Dağlıq Qarabağ münaqişəsində bu il hansısa bir variantda sülh razılaşmasının əldə olunmasını arzuolunan variant hesab edirlər. Lakin son nəticədə bu cür razılaşma münaqişə tərəflərinin özlərindən asılıdır».


Bunu Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlara vasitəçilik edən MQ-nin amerikalı həmsədri, səfir Stiven Mann «Azadlıq» radiosuna müsahibəsində deyib.


Martın 20-də həmsədrlər İstanbulda danışıqların gələcək istiqamətləri ilə bağlı planları müzakirə ediblər.


«Azadlıq» radiosunun diplomatik mənbələrdən aldığı məlumata görə, müzakirədə Stiven Mann, fransalı həmsədr Bernar Fasiye və rusiyalı həmsədr Yuri Merzlyakovun əvəzinə bu ölkənin başqa bir diplomatı iştirak edib. Rusiya Xarici İşlər Nazirliyində bunun səbəbini cənab Merzlyakovun xəstə olması ilə ilə izah ediblər.



«Hansı formatın seçilməsindən asılı olmayaraq, siz həmişə bu faktla qarşılaşacaqsınız: konfliktin həlli üçün hər iki tərəf ümumi zəmin tapmalıdır».

S.Mann bildirir ki, o, İstanbul görüşündə Rusiya və Fransa diplomatlarına Bakı və Yerevanda keçirdiyi görüşlər barədə məlumat verib: «Vaxt hamımızın əleyhinə işləyir. 2006-cı il sazişin əldə olunması ilidir. Biz bu vacib ildə başladığımız mühüm işi başa çatdırmalıyıq ki, nəyisə əldə edə bilək».

Amerikalı diplomat Minsk Qrupunun danışıqlar üçün uğursuz format olması ilə bağlı səslənən tənqidi fikirləri də rədd edir: «Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün ATƏT düzgün formatdır. Lakin münaqişənin nizamlanması vasitəçilərdən deyil, münaqişə tərəflərinin özlərindən asılıdır. Hansı formatın seçilməsindən asılı olmayaraq, siz həmişə bu faktla qarşılaşacaqsınız: konfliktin həlli üçün hər iki tərəf ümumi zəmin tapmalıdır».


Stiven Mann həmçinin deyir ki, həmsədrlərin Xarici İşlər nazirlərilə görüşmək barədə indilik hər hansı bir xüsusi planları yoxdur.


Martın 26-da Ermənistanın Xarici İşlər naziri Vardan Oskanyan Vaşinqtona səfər edəcək. Səfər zamanı o ABŞ-ın Dövlət katibi Kondaliza Raysla görüşəcək. Cənab Oskanyan həmçinin ABŞ-ın Minilliyin Çağırışı Proqramı çərçivəsində Ermənistana 236 milyon dollar yardım paketinin ayrılması mərasiminə də qatılacaq.


Azərbaycan Xarici İşlər nazirinin müavini Araz Əzimovun da yaxın günlərdə Vaşinqtona səfəri gözlənilir. O, ABŞ-a hərbi-siyasi müzakirələr aparmaq üçün gedir. Lakin Stiven Manın sözlərinə görə, Xarici İşlər Nazirlikləri təmsilçilərinin Vaşinqtona səfərləri xeyli əvvəl planlaşdırılıb və Dağlıq Qarabağ müzakirələriylə bağlı deyil.


XS
SM
MD
LG