Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 18:55

Əliyev: «BMT Ermənistanı məcbur etməlidir»


İlham Əliyev
İlham Əliyev

-

«Azərbaycan müstəqilliyinin 25-ci ildönümünü qeyd edəcək. Müstəqilliyin ilk illərində ölkəmiz Ermənistanın terroru, işğalı ilə qarşılaşıb. Münaqişə hələ də həllini tapmayıb».

Dövlət başçısı İlham Əliyev bunu martın 10-da IV Qlobal Bakı Forumunun açılışında çıxışı zamanı bildirib.

APA-nın xəbərinə görə, prezident bildirib ki, Dağlıq Qarabağ münaqişəsi həllini tapacağı halda 1 milyona yaxın qaçqın və köçkün öz torpaqlarına qayıdacaq:
«Ermənistan işğalı davam etdirdikcə isə özünü daha da təcrid vəziyyətinə salır. Nəticədə yoxsulluq artır. Dağlıq Qarabağ Azərbaycanın əzəli torpağıdır. Bütün dövlətlər, beynəlxalq təşkilatlar Qarabağı Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi tanıyır. Torpaqlarımızın 20 faizi işğal altındadır. BMT Təhlükəsizlik Şurasının qətnamələrində işğalçı qoşunların torpaqlarımızdan çıxarılması tələb olunur. Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsi mexanizmi müzakirə mövzusu olmalıdır. BMT Təhlükəsizlik Şurasının bəzi qətnamələri bir neçə dəqiqəyə, saata icra olunur, bizə gələndə isə yerinə yetirilmir».

İlham Əliyev deyib ki, Ermənistan status-kvonun dəyişməz qalmasını istəyir:
«Ancaq status-kvo dəyişməlidir, dəyişməməsi mümkün deyil. ATƏT-in Minsk Qrupunun həmsədrləri də status-kvonun dəyişməli olduğunu bildirirlər. Bunun üçün Ermənistan işğal olunmuş torpaqları azad etməlidir. XXI əsrdə qonşu dövlətin torpaqlarını işğal altında saxlamaq yolverilməzdir. Torpaqlarımız işğaldan azad ediləndə Azərbaycan daha böyük iqtisadi uğurlar qazana bilər. BMT Təhlükəsizlik Şurası Ermənistanı qətnamələri yerinə yetirməyə, işğala son qoymağa məcbur etməlidir».

1992-1993-cü illərdə BMT Təhlükəsizlik Şurası Ermənistan qoşunlarının işğal etdikləri Azərbaycan ərazilərini qeyd-şərtsiz boşaltmaları üçün 4 qətnamə qəbul edib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG