Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 13:03

Nalbandian Dağlıq Qarabağ və Avropa Birliyi ilə yeni razılaşmadan danışdı


 Edward Nalbandian
Edward Nalbandian

“Avropa Birliyi ilə Ermənistran arasında yeni razılaşma ilə bağlı danışıqlar artıq yekunlaşmaq üzrədir”.

Bunu Ermənistanın xarici işlər naziri Edvard Nalbandian Deutsche Welle-ə müsahibəsində deyib.

Ermənistanın bir neçə il əvvəl Avropa Birliyi ilə asosasiya sazişi imzalamaqdan imtina etməsi və “Avrasiya İqtisadi Birliyi”nə qoşulmasının Moskvanın təzyiqi ilə olub-olmamasına gəldikdə isə nazir deyib ki, Yerevan həmişə paralel olaraq sonradan “Avrasiya İqtisadi Birliyi”nə çevirilən “Gömrük ittifaqı” na qoşulmaq istədiyini bildirirdi.

“Sadəcə ilkin olaraq bu mümkün deyildi. Çünki Ermənistanın “Gömrük ittifaqı” ölkələri ilə ümumi sərhədi yox idi. Amma ekspertlər həll variantı tapdılar, Ermənistan bu ittifaqa qoşuldu və bu üzvlük Ermənistan üçün faydalı oldu”, deyə Nalbandian bildirib.

Deutsche Welle-in müxbiri Janna Nemtsova Nalbandianadan, Moskvanın bu gün Avropa Birliyi ilə yeni razılaşma imzalanması prosesinə qarışıb-qarışmaması, Ermənistana təzyiq göstərib-göstərməməsini də soruşub.

Nalbandian isə deyib ki, sualın belə qoyulması düzgün deyil, Ermənistan müstəqil şəkildə qərar qəbul edir.

Dağlıq Qarabağ problemi ilə bağlı suala gəldikdə isə o qeyd edib ki, bu münaqişə ərazi mübahisəsi yox, insan haqlarının reallaşmasından aslı olan məsələdir, münaqişə aparan tərəflər ilk növbədə Dağlıq Qarabağla Azərbaycan və yalnız bundan sonra Ermənistandır.

Nalbandyanın sözlərinə görə, münaqişə Dağlıq Qarabağ əhalisinin öz müqəddaratını həll etmə haqqı əsasında nizamlanmalıdır.

Rusiyanın öz bazarlarını Ermənistanın üzünə bağlamasının mümkünlüyü ilə bağlı suala gəldikdə isə Nalbandian deyib ki, bu fantastika janrıdır.

Nazir əlavə edib ki, Ermənistanın müxtəlif ölkələrlə ticarət əlaqələri var və bunu şaxələndirməyə çalışır.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG