Keçid linkləri

Təcili xəbərlər
2018, 28 May, Bazar ertəsi, Bakı vaxtı 01:18

Gürcüstan türk müəllimi ekstradisiya etmək istəyir


Mustafa Emre Çabuk

Gürcüstanda yaşayan türkiyəli orta məktəb müəllimi Mustafa Çabuk Türkiyəyə ekstradisiya təhlükəsiylə üz-üzə qalıb. Ölkəsində o, işgəncə və digər insan haqları pozuntularıyla üzləşə bilər. Türkiyə M.Çabuk-u terrorçuluğu dəstəkləməkdə ittiham edir, onun Gülen hərəkatıyla bağlı olduğunu bildirir. Bu haqda «Amnesty International» insan haqları təşkilatı məlumat yayıb.

SƏHMLƏRİN SATIŞINA YARDIM ETDİYİ BİLDİRİLİR

M.Çabuk 2002-ci ildən Gürcüstanda yaşayır və işləyir. O, Tbilisidəki Demirel Kollecinin meneceri və müəllimidir. Onu gürcü polisi mayın 24-də saxlayıb. Bu, Türkiyənin ekstradisiya tələbiylə gerçəkləşdirilib. Türkiyə Çabuk-u terrorçuluq ittihamlarıyla mühakimə etmək istəyir. Ancaq Çabuk terrorçuluğa hər hansı formada dəstək vermədiyini bildirir.

«Amnesty International» qeyd edir ki, Çabuk istənilən an ekstradisiya oluna və ölkəsində işgəncə, pis rəftar, ədalətsiz məhkəmə və digər pozuntularla üzləşə bilər.

M.Çabuk-un Demirel Kollecinin səhmdarlarından birinə səhmlərini «Metropoliten Təhsil və Konsultasiya Xidmətləri MMC»yə satmağa yardım etdiyi iddia olunur. ABŞ-da yerləşən bu təhsil ocağının Gülen hərəkatına bağlıdır.

Siyasi fəal Azərbaycana verilə bilər
Gözlə

No media source currently available

0:00 0:01:32 0:00

Gülen hərəkatının başında duran Fethullah Gülen-i Türkiyə hakimiyyəti ötən iyul çevriliş cəhdinin arxasında durmaqda suçlayır. Pensilvaniya ştatında yaşayan F.Gülen isə bu ittihamları rədd edir.

GÜRCÜSTANIN ÖHDƏLİYİ

Tbilisi şəhər Məhkəməsi mayın 25-də M.Çabuk-a 3 aylıq həbs-qətimkan tədbiri seçib. Vəkili bu qərardan apellyasiya şikayəti verib. Ancaq qurum bildirir ki, bu apellyasiyaya baxmayaraq, Ədliyyə Nazirliyi müəllimi istənilən an Türkiyəyə təhvil verə bilər.

Ötən ildən Türkiyə hökuməti müttəfiqlərinə təzyiq göstərərək F.Gülen-i dəstəkləməkdə şübhəli bilinən şəxslərə qarşı hüquqi addımlar istəyir. «Amnesty International» və digər insan haqları təşkilatları saxlananlara işgəncə verilməsi haqda etibarlı dəlillərin olduğunu qeyd edirlər.

«Beynəlxalq və yerli qanunvericiliyə uyğun olaraq, Gürcüstan ölkəsində işgəncəyə, digər pis rəftara məruz qala biləcək şəxsi həmin ölkəyə verməməlidir», – bildirən qurum Gürcüstan hakimiyyətini öhdəliklərinə əməl etməyə, M.Çabuk-u deportasiya, yaxud ekstradisiya etməməyə çağırır.

Ötən ilin iyul çevriliş cəhdindən bəri Türkiyədə 100 mindən çox müəllim, polis, həkim, hakim, yaxud hərbçi işdən çıxarılıb. Azı 47 min nəfər barəsində həbs-qətimkan tədbiri seçilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG