Keçid linkləri

Təcili xəbərlər
2018, 18 İyun, Bazar ertəsi, Bakı vaxtı 15:39

Kürdlər Praqada saxlanmış liderin azad olunmasını tələb edirlər


Praqada kürd etirazçılar Salih Müslimin azad olunmasını tələb edirlər

Çexiya paytaxtında 200-dək etirazçı Praqada Türkiyənin orderi ilə həbs edilmiş Suriya kürd liderinin azad olunmasını tələb edən aksiyalar keçirib.

Suriya kürdlərinin əsas siyasi təşkilatı - Demokratik İttifaq Partiyası - PYD-nin keçmiş başçısı Salih Muslim fevralın 24-də Türkiyənin Interpola təqdim etdiyi order əsasında saxlanıb.

Fevralın 26-da Praqada keçirilən aksiyalarda azı iki nümayişçinin saxlandığı xəbər verilir. Bu etirazçılar şəhər mərkəzindəki Vençeslas meydanında, daxili işlər və ədliyyə nazirliklərinin binası qarşısında keçirilən aksiyada saxlanıblar.

Ankara fevralın 26-da bildirib ki, Muslimin ekstradisiyasına dair lazımi sənədlər Çexiya hakimiyyət orqanlarına təqdim edilib.

Türkiyə baş nazirinin müavini Bekir Bozdağ bildirmişdi ki, Muslim fevralın 26-da Praqa məhkəməsi qarşısına çıxarılacaq.

Salih Muslim Praqada Türkiyənin orderi ilə saxlanıb
Salih Muslim Praqada Türkiyənin orderi ilə saxlanıb

Lakin Almaniyada yaşayan Suriya kürd fəalı Qusay Şexo Praqada AzadlıqRadiosuna deyib ki, heç bir dinləmə keçirilməyib, çünki hakimlər Çexiya polisindən hər hansı sənəd və rica almayıblar.

Şexo deyib ki, Praqa vaxtı ilə axşan 11-dək heç bir sənəd daxil olmasa, Muslim azad edilməlidir.

PYD Ankaranı öz vətəndaşları olmayan şəxslərin həbsini tələb etdiyinə görə tənqid edib.

Türkiyə Muslimin həbsini Türkiyə məhkəməsi onu “dövləti və ölkəni parçalamaqda” təqsirli bildikdən sonra tələb edir.

Türkiyə PYD-ni “terrorçu qrup” elan edib. Muslim partiyadakı postunu ötən il tərk etsə də, nüfuz sahuibi olaraq qalır.

Günün bütün mövzuları

XS
SM
MD
LG