Keçid linkləri

Təcili xəbərlər
2018, 15 Avqust, çərşənbə, Bakı vaxtı 18:27

Müsavatçılar Avropada aksiyalara qərar veriblər


Avropada yaşayan azərbaycanlıların Azərbaycandakı siyasi məhbuslarla bağlı aksiyası, Almaniya

Müsavat Partiyasının Avropa Koordinasiya Mərkəzi (AKM) Avropanın müxtəlif şəhərlərində etiraz aksiyalarının keçirilməsinə qərar verib.

Bu haqda partiyanın mətbuat xidmətinin məlumatında bildirilir.

Məlumata görə, etiraz aksiyalarına mart ayının 12-dən start veriləcək.

Martın 12-də Amaniyanın Nürenberg, Mainz və Düsseldorf şəhərlərində, həmçinin Fransanın Laval şəhərində aksiyaların keçirilməsi nəzərdə tutulur.

Aksiyalarda məqsəd beynəlxalq ictimaiyyətin diqqətini Azərbaycanda insan haqlarının durumuna yönəltməkdir.

Etiraz tədbirləri zamanı siyasi məzmunlu olduğu bildirilən həbslərə, jurnalist və bloqqerlərə qarşı radikal addımlara son verilməsi tələb olunacaq. Aksiyalarda bir neçə gün əvvəl böhtana görə həbs olunmuş bloqqer Mehman Hüseynovun müdafiəsi il' bağlı da xüsusi tələblər olacaq.

Xatırlatma

Müsavat Partiyasının Avropa Koordinasiya Mərkəzi 2015-ci ildə Almaniyada təsis edilib və 2016-cı ildə qeydiyyata alınıb.

AKM bu il fevralın 18-də Almaniyada «Siyasi məhbuslara azadlıq!» şüarı ilə aksiya keçirmişdi. Həmin aksiyadan sonra etiraz tədbirlərinin təşkilində iştirak etmiş mühacir müsavatçıların Azərbaycandakı yaxınlarının polisdə çək-çevir edildiyi bildirilirdi.

Müsavat Partiyasının sabiq və hazırkı başqanları İsa Qəmbər və Arif Hacılı, eləcə də partiyanın icra aparatının rəhbəri Gülağa Aslanlı Baş Prokurorluğa çağırılmış, onların ifadələri alınmışdı.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG