Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 13:15

Müsavatın icra aparatının rəhbəri prokurorluqda dindirilib


Gülağa Aslanlı Ağır Cinayətlərə dair İstintaq İdarəsində dindirilib
Gözlə

No media source currently available

0:00 0:02:47 0:00

Gülağa Aslanlı Ağır Cinayətlərə dair İstintaq İdarəsində dindirilib

Gülağa Aslanlı: “Məsələ “saxta sənədlərlə mühacir statusu almaq”da deyil”

“Prokuroluq iddia edir ki, kimlərsə saxta sənədlərlə mühacir statusu alır və buna görə Müsavat partiyasını da təqsirləndirmək istəyirlər”, Müsavat partiyası Mərkəzi icra Aparatının rəhbəri Gülağa Aslanlı AzadlıqRadiosuna bildirib.

O, fevralın 25-də Baş Prokurorluğun Ağır Cinayətlərə dair İstintaq İdarəsində dindiriləndən sonra mediaya bu barədə danışıb.

Gülağa Aslanlı deyir ki, dindirilməsi prokurorluqda “saxta sənədlərlə mühacir statusu almaq istəylənlərin işi” adlanan məsələ ilə bağlıdır:

“Biz hələ 2015-ci ildə bu məsələ qaldırılanda, bizə qarşı ittihamlar olanda məhkəməyə müraciət etdik və məhkəmə də bizim xeyrimzə qərar çıxardı. Amma buna baxmayaraq, prokurorluq bu işi davam edtirir”.

Amma Gülağa Aslanlının fikrincə, bu heç də kimlərinsə saxta sənədlə status alması məsələsi deyil, daha uzağa gedən məqsədlər güdülür:

“Nə üçünsə Müsavat Avropa Koordinasiya Mərkəzi (MAKM) yaradıldıqdan, bu qurum Almaniyada qeydiyyatdan keçdikdən, bu günlərdə ilk aksiyasını keçirdikdən sonra bu saxta sənəd məsələsi yada düşür. Bu qurumun adında Müsavat sözü olsa da həmin qurum partiyanın sturkturu deyil və onların fəaliyyətinə görə, məsuliyyəti yoxdur”-deyə o bildirir.

Müsavat yetkilisinin sözlərinə görə, isitintaqın məqsədi nələrisə aradşırmaqdan daha çox partiyayaı və Müsavat Avropa Koordinasiya Mərkəzinə təzyiq etməkdir.

Müsavat partiyasının keçmiş başqanı İsa Qəmbər və indiki rəhbəri Arif Hacılı da fevralın 27-də dindirilməyə çağrılıblar.

Müsavat Avropa Koordinasiya Mərkəzi 2015-ci ildə Almaniyada təsis edilib və 2016-cı ildə qeydiyyata alınıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG