Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:00

Trump boksçu Muhammed Aliyə əfv vermək istəyir


ABŞ prezidenti Donald Trump deyir ki, o mərhum boksçu Muhammed Ali-yə əfv verilməsi məsələsini “ciddi şəkildə” nəzərdən keçirir. Hərçənd ABŞ-ın Ali Məhkəməsi boksçu barəsindəki hökmü 1971-ci ildə ləğv edib.

Trump iyunun 8-də müxbirlərə deyib: “Mən Muhammad Ali haqqında düşünürəm. Onun haqqında və barələrində ədalətisiz hökm çıxarılmış başqa uşaqlar haqqında düşünürəm”.

Ali 2016-cı ildə 74 yaşında vəfat edib. O 1967-ci ildə Vyetnam müharibəsi zamanı orduda qulluqdan yayındığına görə məhkum edilmişdi.

O beş il müddətinə azadlıqdan məhrum edilmişdi, lakin Ali Məhkəmə 1971-ci ildə onun barəsində çıxarılmış hökmü ləğv etmişdi.

Buna görə də Alinin Trump-ın əfvinə ehtiyacı olub-olmadığı bilinmir, çünki Alinin cinayət məsuliyyəti rəsmi olaraq mövcud deyil.

Ali özünün şoumenliyinə, siyasi fəaliyyətinə və humanitar məqsədlər üçün çalışdığına görə Amerikada sevilən fiqura çevrilmişdi.

Özünün boksçu karyerası ərzində Ali dünyanın bir çox liderləri ilə görüşmüşdü və onu hətta ABŞ-dan çox uzaqda olan kiçik kəndlərdə də hamı tanıyırdı.

O 2005-ci ildə prezident George W. Bush tərəfindən Azadlıq Medalı ilə təltif edilmişdi.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG