Keçid linkləri

Təcili xəbərlər
2018, 23 Aprel, Bazar ertəsi, Bakı vaxtı 23:28

Diaqnostik qiymətləndirmədə yaxşı bal yığan müəllimlər... [video]


Müəllimlərin son ümid yerinə çevrilən 'Tomas' profili kimindi?
Gözlə

No media source currently available

0:00 0:14:44 0:00

Müəllimlərin son ümid yerinə çevrilən 'Tomas' profili kimindi?

Yeni dərs ilində nə yeniliklər gözlənilir?.. Müəllimlərin bilik səviyyəsi nəzərə alınacaqmı?

31 ilin pedaqoqu, Bakıdakı 245 saylı orta məktəbdə çalışan Dilşad Nağıyeva deyir ki, bu ildən müəllimlərin əsas gözləntisi odur ki, direktorlar dərs yükünü ədalətli böləcəklər - daha çox dərsi daha savadlı müəllimlərə verəcəklər.

Buna da bax:​ Diaqnostikadan müəllimlər nə itirir, nə qazanır?

Təhsil nazirliyi müəllimlərin bilik səviyyəsini müəyyənləşdirmək üçün – məktəblərdə diaqnostik qiymətləndirmə keçirib. Dilşad Nağıyeva deyir ki, məktəblərdə belə bir söz yayılıb ki, bu il diaqnostik qiymətləndirmədən yuxarı bal toplayanlara daha çox dərs veriləcək:

"Belə müəllimlər tədrisdən ümumiyyətlə uzaqlaşdırılmalıdır".

Təhsil nazirliyinin əvvəlki açıqlamalarına görə, qiymətləndirmədən kəsilən müəllimlər işdən çıxarılmayacaq.

Təhsil nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini İlham Nağıyev “Trend” keçən ilin yanvarında deyib ki, ibtidai sinif, riyaziyyat, Azərbaycan dili və ədəbiyyatı fənn müəllimlərinin göstərdikləri nəticələr elə də yüksək deyil. Bu fənlər üzrə 70 faiz bal toplayanlar heç 50 faizi keçmir.

Buna da bax: Əyalət müəllimləri nə vaxt yada düşəcək?

İlham Nağıyev
İlham Nağıyev

Fənnini bilməyən müəllimlər niyə sinfə girməlidir? Bu sualı Təhsil nazirliyinə ünvanlamaq istədik, amma hələ ki, sorğumuza cavab verilməyib.

Nazirliyin mətbu orqanı “Azərbaycan müəllimi” qəzetində bu il yanvarın 14-də dərc olunmuş məqalədə deyilir ki, qəzetin əməkdaşları Bakı məktəblərində araşdırmada üzə çıxarıblar ki, bəzi hallarda diaqnostik qiymətləndirmədə yaxşı bal yığan müəllimlər minimum həddə dərs alırlar.

Halbuki, 2015-ci ildə nazirliyin təsdiqlədiyi qaydalara görə, təhsil müəssisələrinin rəhbərləri dərs yükünü böləndə diaqnostik qiymətləndirmənin nəticələri nəzərə almalıdır.

Buna da bax:​ Pedaqoq: 'Dərslər formal keçilir, uşaqlar oxumur...'

Müəllimlər bu hallardan şikayət edəndə - onların şikayətlərinə dinləyən və cavab verən bir mistik obraz peyda olub. Kimdir Thomas Crown?

Bakı sakinlərinin fikirlərini də öyrənmişik. Baxaq görək onlar orta məktəblərdə nəyin dəyişməsini istəyirlər?

Yeni dərs ilində məktəblərdə hansı problemlər həll olunsun? [Sorğu]
Gözlə

No media source currently available

0:00 0:00:36 0:00

Məktəblər haqqında şikayətlərin ünvanı Thomas Crown “Facebook”da profildir. Adının çəkilməsini istəməyən bir müəllim ona “müəllimlərin qoruyucu mələyi" deyir. “Təhsil şikayətləri” adlanan qapalı qrupun idarəçisi olan bu profil Təhsil nazirliyinin adından şərhlər yazır, müəllimlərin şikayətlərini izləyir, onlara reaksiya verir.

Müəllimlərin isə əsas gözləntilərindən biri diaqnostik qiymətləndirmənin nəticələrinin havada qalmaması, yaxşı bilən müəllimlə, pis bilən müəllim arasında fərqin qoyulmasıdır.

Buna da bax: 'Təmayül siniflər repetitorluğu aradan qaldırmayacaq'

Di gəl ki, “21-ci əsr” təhsil mərkəzinin direktoru Etibar Əliyev deyir ki, diaqnostik qiymətləndirmənin özünün nə qədər şəffaf keçirilməsinə ictimaiyyət nəzarət edə bilmir:

"21-ci Əsr" Təhsil Mərkəzinin rəhbəri Etibar Əliyev
"21-ci Əsr" Təhsil Mərkəzinin rəhbəri Etibar Əliyev

"QHT lər bu prosesə qoşulmurlar. Ona görə də bir təhsil eksperti kimi bu prosesin obyektiv və şəffaf keçirildiyini deyə bilmərəm".

Bununla belə Etibar Əliyev deyir ki, onun rəhbərlik etdiyi təşkilata qiymətləndirmə ilə bağlı hansısa şikayət daxil olmayıb.

Buna da bax:​ Adı olub, özü olmayan müəllimlər var

Ölkədə müəllimlərin diaqnostik qiymətləndirilməsi iki il əvvəl başlayıb, yekunlaşmaq üzrədir. Təhsil nazirliyi açıqlamalarında bildirib ki, hələ ki, nəticələrin təhlili gedir, ictimaiyyətə açıqlamalar verəcəklər.

Yazı çapa gedərkən məlum oldu ki, Təhsil nazirliyinin mərkəzləşdirilmiş müsabiqə yolu ilə işə qəbul etdiyi müəllimlərin əməkhaqları əvvəl işə götürülən həmkarlarından yüksək olacaq. Həmkarları diaqnostik qiymətləndirmədən keçməyibsə.
Avqustun 23-də prezident İlham Əliyev yeni bir sərəncam imzalayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG