Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 14:48

Rusiya hakerlərinin ABŞ kəşfiyyatının məxfi informasiyalarını oğurladığı xəbər verilir


MTA-nın Merilenddəki baş qərargahı
MTA-nın Merilenddəki baş qərargahı

Media xəbərlərinə görə Rusiya hökumətinin dəstəklədiyi hakerlər 2015-ci ildə ABŞ Milli Təhlükəsizlik Agentliyinin (MTA) son dərəcə həssas casusluq alətlərini oğurlayıblar.

Məxfi informasiyanın MTA üçün müqavilə əsasında işləyən bir nəfərin şəxsi kompüterindən oğurlandırğı xəbər verilir.

ABŞ hakimiyyət orqanlarının ehtimalına görə barəsində ilk dəfə oktyabrın 5-də Wall Street Journal qəzetində xəbər verilmiş oğurluq Moskvada mənzillənmiş Kaspersky Lab antivirus proqramları şirkətinin proqramı vasitəsilə həyata keçirilib.

Vaşiqnton ötən ay ölkənin bütün federal xidmətlərinə Kaspersky məhsullarından istifadəni qadağan edib. Hökumət nümayəndələri bildirirlər ki, sözü gedən şirkət Rusiyanın kəşfiyyat orqanları ilə bağlıdır.

Kreml bu qadağanı pisləyib, şirkətin sahibi Yevgeni Kaspersky isə, Rusiyanın ən uğurlu texnoloji şirkətlərindən birinin Rusiya kəşfiyyatı ilə bağlı olduğu barədə iddiaları danıb.

Media xəbərlərində deyilir ki, oğurlandığı iddia edilən MTA informasiyasında ABŞ casus təşkilatının xarici kompüter şəbəkələrinə necə müdaxilə etdiyi və özünün xarici müdaxilələrdən necə müdafiə olunduğuna dair məlumatlar var.

MTA xəbərlər barədə heç bir şərh verməyib.

Kompüterindən oğurluq edilmiş kontraktçının adı çəkilmir.

AzadlıqRadiosu yazır ki, bu xəbərlər Rusiya ilə Birləşmiş Ştatlar arasında onsuz da tarıma çəkilmiş münasibətləri daha da gərginləşdirə bilər.

ABŞ kəşfiyyatı Rusiya hökumətini Birləşmiş Ştatların prezident seçkisinə müdaxilədə ittiham edir.

Kaspersky Lab Wall Street Journal qəzetində dərc olunmuş məqalə ilə bağlı oktyabrın 5-də verdiyi bəyanatda bildirir ki, iddia olunan informasiya oğurluğu ilə heç bir əlaqəsi yoxdur.

Bəyanatda deyilir ki, “Kaspersky Lab şirkətinin geosiyası çarpışma burulğanına düşməsi təəssüf doğurur”.

ABŞ Senatı Silahlı Qüvvələr Komitəsinin üzvü senator Ben Sasse deyib ki, “əgər bu xəbərlər həqiqətdirsə, MTA başını qumdan çıxarıb özünün müqaviləli işçilər problemini həll etməlidir”.

Rusiya 2013-cü ildə MTA-nın məxfi informasiyalarını faş etmiş müqaviləli casus Edward Snowden-ə siyasi sığınacaq verib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG