Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 12:34

Mosulun Böyük Məscidi və məşhur 'qozbel' minarəsi dağıdılıb


Böyük Mosul Məscidinin "qozbel" minarəsi
Böyük Mosul Məscidinin "qozbel" minarəsi

İraqın Müdafiə Nazirliyi iyunun 21-də bəyan edib ki, İslam Dövlətinin cihadçıları Mosulun Böyük Ən-Nuri Məscidini və onun məşhir əyri minarəsini partladıblar.

Bu məscid 1172-ci ildə tikilmişdi. İtaliyadakı məşhur Piza Qülləsi kimi bir tərəfə əyildiyindən onun minarəsini “əl-Hədba” – “qozbel” adlandırırdılar.

Xronologiyaya çox da məhəl qoymayan yerli inanca görə Məhəmməd peyğəmbər Allahın dərgahına uçarkən bu minarənin üstündən keçib. Lakin yerli xristianların inancına görə minarə, Bakirə Məryəmin deyildiyinə görə Ərbildə olan məqbərəsinə tərəf baş əydiyindən meyllənib.

Mosulu 2014-cü ildə ələ keçirmiş İŞİD bu minarəni əvvəllər də hədəfləmişdi.

Lakin öz tarixi irslərinin dağıdılmasını istəməyən mosullular o vaxt məscidin ətrafında insan zənciri kimi düzülmüşdülər.

Bu, İŞİD-in başçısı Abu Bakr al-Baghdadi-nin 2014-cü ilin iyulunda xütbə oxuduğu məscid idi. O məhz bu məsciddən cümə namazının ardınca sünnilərin “xilafətini” elan etmişdi.

Lakin İD-ə bağlı Amaq xəbər agentliyi məscid və minarənin ABŞ-ın hava zərbəsi nəticəsində dağıldığını iddia edib.

Hazırda İraq hökumət qüvvələrinin Mosulun qərb tərəfini İŞİD-dən geri almaq məqsədli hücumu davam edir.

Cihadçılar indi yalnız şəhərin mərkəzindəki kiçik bir rayona nəzarət edirlər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG