Keçid linkləri

2017, 25 İyun, bazar, Bakı vaxtı 05:48

Moskvada sərnişin qatarı ilə elek qatarı toqquşub, xəsarət alanlar var (VİDEO)


Moskvada sərnişin qatarı ilə elek qatarının toqquşması nəticəsində 50-dən çox adam xəsarət alıb.

Onlardan 12-i xəstəxanaya düşüb.

Bu barədə AzadlıqRasdiosu TASS RT.com və digər mənbələrə istinadla xəbər verir.

Elektrik qatarı bazar gününə keçən gecə Moskva-Brest sərnişin qatarı ilə toqquşub.

Faktla bağlı cinayət işi qaldırılıb.

İlkin məlumatlara görə, qəzaya səbəb elektrik qatarının əyləc sistemində yaranan nasazlıq olub.

RİA Novosti-nin məlumatına görə, elektrik qatarının sürücüsü adamı vurmamaq üçün əyləci qəflətən basıb və əyləc sistemi sıradan çıxdığına görə elektrik qatarı geri gedərək arxa mənzildə durmuş sərnişin qatarı ilə toqquşub.

Nəticədə lokomotiv və bir neçə vaqon xətdən çıxıb.

Hazırda Belarus istiqamətində qatarların hərəkəti bərpa olunub.

Günün bütün mövzuları

XS
SM
MD
LG