Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 09:25

Moskvada 'xruşşovka'ların sökülməsinə qarşı çıxanlar saxlanıb


Moskvada etiraz.
Moskvada etiraz.

Rusiya parlamenti qarısında etiraz edənlərdən bir neçəsi saxlanıb. Bu arada parlamentdə Moskvadakı minlərlə «xruşşovka»nın sökülməsini nəzərdə tutan ziddiyyətli layihə müzakirəyə çıxarılıb.

İyunun 14-də Dövlət Dumasının deputatları hakimiyyətin «bərpa planı» adlandırdığı layihəni üçüncü, yekun oxunuşda səsə qoyurlar.

Polis etirazçıların bir neçəsini saxlayanda nümayişçilər «Ar olsun!» qışqırıblar. Saxlananlar arasında müxalif «Yabloko» Partiyasının Moskva filialının rəhbəri Sergei Mitrokhin də var.

'Xruşşovka' sakinləri etiraza qalxır
Gözlə

No media source currently available

0:00 0:02:01 0:00

MƏNZİLLƏRİN YARISI SATIŞA ÇIXARILACAQ

Plan 1950-60-cı illərdə tikilmiş 4 min 500 binanın sökülməsini nəzərdə tutur. Onlardan çoxu beşmərtəbəli «xruşşovka»lardır. Bu evlərin yerində hündürmərtəbəli binaların ucaldılacağı gözlənir.

Moskva rəhbərliyi binaların köhnəldiyini deyir. Ancaq sakinlərin çoxu düşünür ki, planın hədəfi çoxmərtəbəli binaların ucaldılmasıdır.

AzadlıqRadiosunun rus xidməti yazır ki, sökülən binaların sakinləri 6-14 mərtəbəli yenitikililərə köçürüləcək. Xərcləri qarşılamaqdan ötrü Moskva meriyası mənzillərin yarısını satışa çıxaracaq. Layihə 3 trilyon rubl (52 milyard 715 milyon dollar) məbləğində dəyərləndirilir. Bu haqda «Vedomosti» şəhər hakimiyyətinin adını çəkmədiyi təmsilçisinə istinadla yazır.

Dumanın qarşısında oxşar aksiya iyunun 6-da və 9-da da keçirilmişdi. Minlərlə etirazçı mayın 14-də yürüşə çıxmışdı.

XS
SM
MD
LG