Keçid linkləri

Təcili xəbərlər
2018, 21 İyul, şənbə, Bakı vaxtı 11:45

Moskva ilə Tehran arasında nüvə yanacağı ilə bağlı yol xəritəsi hazırlanıb


Iran, nüvə reaktoru

Rusiya və İran arasında birgə nüvə yanacağı alması barədə yol xəritəsi razılaşdırılıb. Bu barədə İran nüvə energetikası təşkilatının rəhbəri Ali Akbar Salehi ölkəsinin İSNA agentliyinə müsahibəsində bildirib.

Bundan qabaq İran nüvə energetikası təşkilatı bildirmişdi ki, əgər ABŞ prezidenti Donald Trump beynəlxalq vasitəçilərlə sazişdən imtina etsə, ölkə rəhbərliyi nüvə silahı sahəsində fəaliyyətinin bərpa olunmasına hazırdır.

2015-ci ilin iyulunda İran Qərb dövlətləri ilə nüvə sazişi bağlayıb. Həmin sazişə görə, 15 il ərzində İranın az zənginləşdirilmiş uran ehtiyatları 98 faiz azaldılaraq ümumi çəkisi 10 000 kiloqramdan 300 kiloqrama endiriləcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG