Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 00:05

Moskvada azərbaycanlılar və ermənilər 'Qarabağa görə' toqquşublar (VİDEO)


Moskvada İkinci Dünya Müharibəsinin anım günündə Ermənistan və Azərbaycan nümayəndələri arasında dava-dalaş olub.

İnsident Moskvanın mərkəzində hökumətin təşkil etdiyi “Ölməz batalyon” adlı yürüş zamanı baş verib. Bu yürüşdə iştirakçılar müharibədə həlak olmuş yaxınlarının portretlərini daşıyırlar.

Toqquşmaya səbəb Ermənistan nümayəndələrinin “Dağlıq Qarabağ bayraqlarını” dalğalandırması olub.

Tərəflər arasında qarşılıqlı qışqırışamada “Qarabağ” sədaları eşidilirdi.

İnsidentə polis müdaxilə edib, lakin həbslərin olub-olmadığı bilinmir.

Mayın 9-da erməniyönlü və azərbaycanyönlü internet saytları Moskvadakı dava-dalaşa görə bir-birlərini ittiham edirdi.

Ermənistan prezidenti Serzh Sarkisian builki qələbə gününü Dağlıq Qarabağda keçirilən hərbi paradla qeyd edib.

Mayın 8-də Azərbaycanın Şuşa şəhəri erməni qüvvələri tərəfindən işğal olunub.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG