Moskvada bomba təhlükəsi ilə bağlı anonum məlumatlardan sonra bütün metro stansiyaları, o cümlədən “Maqnit” və “Pyateroçka” mağaza şəbəkələrində axtarış aparılır.
Bu barədə yanvarın 20-də AzadlıqRadiosunun Rusiya xidməti yerli agentliklərə istinadla məlumat yayıb.
Bundan əvvəl həmçinin 100-dən çox məktəb və uşaq bağçası, habelə 20 ticarət mərkəzində axtarış aparldığı bildirilir.
TASS-ın məlumatına görə, yanvarın 20-də ümumilikdə Moskvada 11 rayon məhkəməsi də daxil olmaqla 150-dən çox obyektdə axtarış aparılıb.
Mənbənin məlumatına görə, şəhərin bütün xəstəxanaları və 3 doğum evinə də bomba təhlükəsi barədə məlumat daxil olub və 10 mindən çox adam evakuasiya edilib.
Rusiyada növbəti bomba təhlükəsi dalğası 2019-cu il noyabrın 28-dən başlayıb.
Dekabrda Moskvada 10 mindən çox obyektə bomba təhlükəsi ilə bağlı anonim xəbər daxil olub və nəticədə 1 milyon adam evakuasiya edilib.
Amma bu halların heç birində bomba aşkar edilməyib.
Ötən ilin əvvəlləri və 2017-ci ilin sonlarında da Rusiyda bu cür hallar yaşanıb.