Dünyaca məşhur memarlar Rusiya prezidenti Vladimir Putinə müraciət edərək Moskvadakı Şuxov radio qülləsinin sökülməsinin qarşısını almağa çağırıblar. Keçən ay Rusiyanın Kommunikasiya Nazirliyindən bildiriblər ki, bu qüllə sökülərək paytaxtda başqa bir yerdə qurula bilər. Amma yekun qərar bu ayın sonlarında qəbul edilə bilər.
Moskvadakı məşhur Şuxov radio qülləsi sökülə bilər

2
Mühəndis Vladimir Şuxov onu 1919-cu ildə layihələndirmişdi. İlkin variantda metal qüllənin 360 metr - Parisdəki Eyfel qülləsindən hündür olması planlaşdırılırdı. Amma sonradan material çatışmazlığına görə cəmi 160 metr hündürlüyündə tikildi.

4
Qüllənin 50 illiyi münasibətilə buraxılan poçt markası.

7