Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 07:57

UNESCO-da Nəsimi və Vaqifin yubileyləri olacaq


UNESCO
UNESCO

-

2016-2017-ci illərdə UNESCO-nun yubileylər proqramı çərçivəsində təşkilatın baş qərargahında Azərbaycanın görkəmli şəxsiyyətlərinin və əlamətdar hadisələrin yubileylərinin qeyd edilməsinə dair təklifləri qəbul olunub.

Mədəniyyət və Turizm Nazirliyinin yaydığı xəbərə görə, həmin illərdə Qazaxıstan, İran və Türkiyənin dəstəyi ilə Azərbaycanın təklifi əsasında böyük şair və mütəfəkkir İmadəddin Nəsiminin(1369-1417) vəfatının 600, Qazaxıstan və Türkiyənin dəstəyi ilə Molla Pənah Vaqifin(1717-1797) 300, eləcə də Cənubi Qafqazda alman yaşayış məntəqələrinin salınmasının (1817) 200 illik yubileyləri qeyd ediləcək.

Sonuncu yubiley təklifi Almaniyanın dəstəyi ilə Azərbaycan və Gürcüstan tərəfindən birgə təqdim edilib.

Bununla bağlı müvafiq qərar UNESCO-nun baş konfransının 38-ci sessiyası çərçivəsində qəbul olunub.

UNESCO görkəmli şəxsiyyətlərin və əlamətdar hadisələrin yubileylərini 1956-cı ildən qeyd edir.

İndiyədək Azərbaycanın bir sıra görkəmli şəxsiyyətlərinin, eləcə də «Kitabi-Dədə Qorqud» dastanının, «Leyli və Məcnun» operası və «Arşın mal alan» operettasının yubileyləri UNESCO tərəfindən qeyd edilib.

Təşkilatın 2013-2014-cü illər yubileylər proqramında Məhsəti Gəncəvinin 900, Üzeyir Hacibəylinin «Arşın mal alan» operettasının 100, Seyid Yəhya Bakuvinin vəfatının 550, yazıçı-dramaturq İlyas Əfəndiyevin 100 illik yubileylərinə həsr olunmuş tədbirlər yer almışdı.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG