Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 10:34

Moldova Rusiya diplomatlarını ölkədən qovur


Rusiyanın Kişinyovdakı səfiri bildirib ki, Moldova Rusiya səfirliyinin beş əməkdaşını ölkədən qovmaq barədə qərar qəbul edib.

Səfir Farit Muxametşin deyib ki, beş Rusiya diplomatı persona non grata elan edilib və onların Moldovadan çıxmaları üçün 24 saat vaxt verilib.

AzadlıqRadiosu xəbər verir ki, Moldovanın moskvayönlü prezidenti İqor Dodon ölkənin qərbyönlü hökkumətinin bu qərarını qətiyyərlə pisləyib.

O mayın 29-da özünün Facebook səhifəsində yazıb: “Hökumət Rusiya səfirliyinə qarşı hiddətdoğurucu hərəkət edib”.

Prezident Vladimir Putin və Moldovanın kremlyönlü prezidenti Dodon Moskvada 9 may ziyafətində
Prezident Vladimir Putin və Moldovanın kremlyönlü prezidenti Dodon Moskvada 9 may ziyafətində

Moldova hökuməti ölkənin Avropa İttifaqına və NATO-ya qoşulmasını istəyir. Dodon bunun əleyhinədir və Moskva ilə daha sıx əlaqələrə can atır. O mayın 9-da Moskvada keçirilən hərbi paradda Vladimit Putinlə yanaşı dayana yeganə MDB başçısı idi.

Moldova konstitusiyasına görə prezident daha çox mərasim xarakterli postdur.

Moldovanın Dnestryanı separatçı regionu Moskva və Kişinyov arasında gərginlik mənbəyi olaraq qalır.

Moskvanın dəstəklədiyi Dnestryanı 1990-cı ildə özünü Moldovadan müstəqil elan edib.

Tərəflər arasında 1992-ci il boyunca davam edən müharibə baş verib və münaqişə Rusiya qoşunlarının Dnestryanı bölgəyə yeridilməsi ilə nəticələnib.

Dnestryanının müstəqilliyini heç bir ölkə tanımayıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG