Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 13:13

Müdafiə naziri moskvayönlü prezidenti, yəni ali baş komandanı ‘saymayıb’


Moldova prezidenti Dodon Marculesti hərbi hava bazasında
Moldova prezidenti Dodon Marculesti hərbi hava bazasında

Moldova prezidenti İqor Dodon müdafiə nazirini əvəz edən George Qalburanınvəzifəsindən kənarlaşdırılmasını tələb edib. Qalbura prezidentin qadağanına baxmayaraq Moldova əsgərlərini Ukraynada keçirilən NATO hərbi təliminə göndərib.

Rusiyaya dost Dodon sentyabrın 8-də Facebook-da qərbyönlü hökuməti “Moldova ordusunu NATO düşərgəsinə keçirmək” cəhdində və ölkəni “geosiyasi qarşıdurmalara çəkməkdə” ittiham edib.

Dodon yazıb: “Biz görürük ki, hökumət Moldovanı NATO-nun hərbi təlimlərinə cəlb etnək üçün necə müxtəlif hüquqi fəndlərdən istifadə edir. Aydındır ki, baş nazir, heyətinə libereral ittifaqçılar, antidövlət qüvvələri və neytrallığa qarşı çıxanlar soxulmuş hərbi rəhbərliyin bəzi başçılarının məsuliyyətsizliyindən sui-istifadə edir”.

Dodon bu bəyanatını Moldovanın 57 hərbçisi Ukraynada keçirilən NATO təlimlərinə yollandıqdan sonra yayıb. The Rapid Trident adlı manevrlər 1996-cı ildən başlayaraq hər il keçirilir. Builki təlimlər sentyabrın 8-23 arası keçiriləcək və bu tədbirdə 14 ölkədən 1800 hərbçi iştirak edəcək.

Manevrlərdə Moldovadan başqa Bolqarıstan, Kanada, Estoniya, İtaliya, Gürcüstan, Litva, Norveç, Polşa, Rumıniya, Türkiyə, Ukrayna və Birləşmiş Krallıq iştirak edir.

Dodon sentyabrın 5-də Müdafiə Nazirliyinin əsgərlərin bu manevrlərə göndərilməsi üçün ricasını rədd etmiş və bu barədə Facebook səhifəsində yazmışdı: “Moldova hərbçilərinin ölkənin xaricindəki hərbi təlimlərdə iştirakı qeyri-məqbuldur”.

Avropanın ən yoxsul ölkələrindən biri olan Moldova Dodonun tərəfdarlarına və hökuməti dəstəkləyənlərə bölünüb. Dodon Moskva, hökumət isə Avropa İttifaqı və ABŞ-la yaxınlaşmaya can atır.

Moldovanın müdafiə naziri əvəzi George Qalbura
Moldovanın müdafiə naziri əvəzi George Qalbura

Bu yaxınlarda keçirilmiş Müstəqillik günündə Dodon bir neçə nəfəri Rusiya ilə daha sıx bağlara görə ordenlərlə təltif etmişdi. Elə həmin gün parlamentdə etdiyi çıxışda baş nazir Pavel Filip Avropa İttifaqı ilə yaxın əlaqələrə çağırmışdı.

Sentyabrın 8-də verdiyi bəyanatda Dodon ölkəsinin neytral olduğunu bir daha vurğulayıb: “Əgər Moldova neytral ölkədirsə, hansı NATO təlimlərindən söhbət gedə bilər?”

Prezident daha sonra yazıb: “İlk dəfədir ki, hökumət silahlı qüvvələrə ali baş komandanın iradəsinə zidd əmrlər verib. Bu qeyri-məqbuldur”.

O deyib ki, prezident sisteminə malik ölkədə baş nazir olmamalıdır: “Biz hələ bu barədə danışacağıq. Heç nə yaddan çıxmayacaq".

Dodon Qalburanın müdafiə naziri vəzifəsindən çıxarılmasını və “əvvəlcədən razılaşdırılmadan ali baş komandanın əmrini pozanların” cəzalandırılmasını tələb edib.

Dodon Moldova əsgərləri NATO təlimlərinə yola düşdükdən sonra keçirdiyi mətbuat konfransında deyib ki, “mənim icazəm olmadan heç bir hərbçi xaricə gedə bilməz”.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG