Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 14:54

Moskvayönlü Moldova prezidentinin səlahiyyətləri alına bilər


İqor Dodon
İqor Dodon

Moldovanın Konstitusiya Məhkəməsi bildirib ki, yeni müdafiə nazirini təsdiq etməkdən boyun qaçıran prezident İqor Dodonun səlahiyyətləri müvəqqəti olaraq dayandırıla bilər.

AzadlıqRadiosu xəbər verir ki, baş nazir Pavel Filip – Eugen Sturzanın müdafiə naziri təyin edilməsinə dair qərarı ötən ay təsdiq üçün iki dəfə prezidentə təqdim etsə də, Dodon bu təyinatı imzalamaqdan imtina edib.

Dodon deyib ki, təyinatı qəbul edə bilməz, çünki Sturza peşəkar hərbçi deyil.

Konstitusiya Məhkəməsinin sədri Tudor Pantiru oktyabrın 17-də deyib ki, Dodon baş nazir Filipin təyinatlarını təsdiqləməyə borcludur və o Konstitusiyadan irəli gələn vəzifələrini yerinə yetirməsə, “müvəqqəti olaraq səlahiyyətlərindən məhrum edilə bilər”.

Dodon məhkəmənin qərarını “səlahiyyətlərin kobud şəkildə pozulması” adlandlırıb və küçə etirazları təşkil edəcəyi ilə hədələyib.

Ötən dekabrda keçmiş müdafiə naziri Anatol Salaru daxili siyasi çəkişmələrlə əlaqədar istefa verdikdən sonra bu post boş qalır.

Dodon ötən ay müdafiə nazirinin əvəzi George Qalburanın vəzifəsindən kənarlaşdırlımasını tələb etmişdi. Buna səbəb Qalburanın prezidentin qadağanına baxmayaraq əsgər kontingentini Ukraynada keçirlən ABŞ hərbi təlimlərinə göndərməsi idi.

Dodon sentyabrın 8-də özünün Facebook səhifəsində yazmışdı ki, ölkənin qərbyönlü hökuməti neytral Moldovanı “NATO-nun tərəfinə” çəkməyə çalışır.

ABŞ-ın keçirdiyi təlimlərə 57 Moldova hərbçisi göndərilmişdi.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG