Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 11:24

Moldova BMT-dən Rusiya qoşunlarının öz ərazisindən çıxarılmasını istədi


Moldovanın baş naziri Pavel Filip
Moldovanın baş naziri Pavel Filip

Moldova BMT-ni onun separatçı Dnestrayanı bölgəsindən Rusiya qoşunlarının çıxarılması məsələsini Baş Assambleyada müzakirə etməyə çağırıb.

Moldovanın baş naziri Pavel Filip sentyabrın 22-də assambleyadaetdiyi çıxışında Rusiya Silahlı Qüvvələrinin Əməliyyat Qrupu adlanan birləşmənin qeyd şərtsiz ölkə ərazisindən çıxarılmasını tələb edib.

Sovet vaxtında bu hərbi qruplaşma 14-cü Sovet Ordusu kimi tanınırdı.

Rusiya hazırda özünün Moldovadan müstəqilliyini elan etmiş Dnestryanı ərazisində 2000-lik əsgəri qüvvə saxlayır. Moskva iddia edir ki, bunlardan 1500-ü sovet vaxtından qalma silah anbarlarına keşik çəkir, yerdə qalan 500 əsgər isə 25 illik atəşkəsin saxlanmasına xidmət edən sülhməramlılardır.

ATƏT-in 1999-cu ildə İstanbulda keçirilən sammitində Moskva Dnestryanıdakı qoşunlarını 2002-ci ildək çıxaracağını vəd etmişdi, lakin bu vədə heç vaxt əməl etməyib.

Filip bu vəziyyətdən çıxış yolu kimi Rusiya sülhməramlılarını beynəlxalq qüvvələrlə əvəz olunmasını təklif edir.

Filip BMT Baş Assambleyasındakı çıxışında deyib ki, bu nə etnik, nə də dini münaqişədir və ona səbəb xarici qoşunun ölkə ərazisini işğal etməsidir.

Moldova baş naziri habelə deyib ki, Kişinyov, Moldova Respublikasının ərazi bütövlüyünü pozmayacaq bir şəkildə Dnestryanıya xüsusi status verməyə hazırdır. ATƏT-in münaqişənin çözümünə dair sənədlərində elə belə də nəzərdə tutulub.

Bundan əvvəl Filip Birləşmiş Ştatları Rusiya qoşunlarının Moldovadan çıxarılmasını tələb edən qətnaməni dəstəkləməyə çağırmışdı.

Avropanın ən yoxsul ölkələrindən biri olan Moldova geniş yayılmış korrupsiya və ölkədən əhali axınından əzab çəkir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG