Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 20:50

Avropa Moldovaya 100 milyon avro yardım edəcək


Moldovanın baş naziri Pavel Filip Brüsseldə keçirilən mətbuat konfransında
Moldovanın baş naziri Pavel Filip Brüsseldə keçirilən mətbuat konfransında

Avropa Parlamenti iyulun 4-də Avropa İttifaqının Moldovaya 100 milyon avroluq (113 milyon dollar) makro-maliyyə yardımı barədə qərarına səs verib. Bu qərara əsasən üç ödənişin birincisi bu ilin dekabrında ediləcək.

Bu yardımın 60 milyon avrosunu kredit, 40 milyon avrosunu isə qrant ödənişi təşkil edir.

Avropa İttifaqının bu yardımı Moldovanın təcili maliyyə ehtiyaclarının ödənməsi üçün göstərilir.

Moldova bu yardımdan istifadə edərək Beynəlxalq Valyuta Fondunun 2016-cı ildə təsdiq olunmuş proqramını icra etməlidir.

Maliyyə yardımı paketi may ayında təxirə salınmışdı. Bu, Avropa Parlamentindəki bəzi siyasi qrupların Moldovada medianın, qanunun alililiyinə riayətinvəziyyətindən və yeni seçki qanunundannarahatlığı ilə bağlı idi.

İyun ayında Avropa Parlamenti, Avropa Komissiyası və Aİ üzvləri arasında əldə olunmuş kompromisə görə Kişinyovun çoxpartiyalı sistem və qanunun aliliyi də daxil demokratik normalara əməl edəcəyi vədi alınıb.

Bu yardım həm də Moldova hökumətinin insan haqlarına hörmət göstərəcyinə dair öhdəliyi əsasında verilir.

Əgər Moldova bu vədlərindən hər hansı birini pozarsa, Avropa Komissiyası ödənişləri dayandırmaq səlahiyyətini özündə saxlayır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG