Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 08:37

Cəbhəçi fəallardan xəbər yoxdur


Milli Şuranın mitinqi, 12 oktyabr 2014
Milli Şuranın mitinqi, 12 oktyabr 2014

Milli Şuranın sentyabrın 23-də keçirəcəyi mitinqdən öncə müxlif fəalların bir neçəsinin saxlanıldığı bildirilir. Hərçənd belə məumatları pois və digər rəsmi qurumlar təsdiq etmirlər.

Mitinqin Təşkilat Komitəsindən Azadlıq Radiosuna bildiriblər ki,saxlandığı güman edilən təqribən 4 fəalla onlar da əlaqə yarda bilmirlər.
Milli Şuraya daxil olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının funksionerləri olan bu şəxslərə hazırda telefon zəngi çatmır.

Bunlar AXCP fəalları Bəhruz Həsənli, Saqif Qurbanov, İlham Hüseyn və Emil Səlimovdur.

XATIRLATMA

Milli Şura sentyabrın 23-ü aksiya keçirmək niyyətindədir. Artıq şəhər rəhbərliyindən də razılıq məktubu alınıb.

Aksiyanın məqsədini Milli Şuraya daxil olan AXCP sədri Əli Kərimli açıqlamışdı. O, dünyanın müxtəlif mətbu orqanlarında Azərbaycanla bağlı dərc olunmuş araşdırmalara istinad edərək demişdi:

«Milli Şura Baş Prokurorluqdan korrupsiya yolu ilə ölkədən çıxarılmış milyardlarla dollarla bağlı cinayət işi başlamasını istəyib. Lakin indiyədək nə prokurorluq cinayət işi başlayıb, nə də dövlət başçısı İlham Əliyev bununla bağlı izahat verib».

Öz növbəsində rəsmi Bakı araşdırma yazısında qeyd edilənləri təkzib edir.

Azərbaycan prezidentinin mətbuat katibi Azər Qasımov bildirib ki, məqalədəki məlumatlar absurd xarakter daşıyır.

«Dünyada müəyyən dairələr və onların havadarları, eləcə də erməni lobbisinin maliyyələşdirdiyi ayrı-ayrı kütləvi informasiya vasitələrinin nümayəndələri Azərbaycana qarşı ağlasığmaz, iftira dolu, yalan məlumatlar yaymaqla məşğuldurlar. Özü də bu cür yazılar elə təqdim olunur ki, guya orada göstərilən faktlar dəlil-sübutlara və sənədlərə əsaslanır. Bu da bir növ məsələlərin mahiyyətinə dərindən bələd olmayan kütləvi oxucuya psixoloji təsir etmək məqsədi daşıyır», – o qeyd edib.

Rəsmilər bəyan ediblər ki, həmin məsələlərin nə Azərbaycan dövlət başçısına, nə də onun ailə üzvlərinə aidiyyəti var.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG