Keçid linkləri

Təcili xəbərlər
2020, 30 Oktyabr, Cümə, Bakı vaxtı 12:14

Çexiya prezidenti deyir ki, onun ölkəsində də “Noviçok” maddəsi olub


Milos Zeman

Çexiya prezidenti deyib ki, ölkə hərbi kəşfiyyat agentliyinin bir hesabatından aydın olur ki, Noviçok kimi tanınan zəhərli kimyəvi maddəyə bənzər maddə ötən il Çex respublikasında kiçik həcmdə istehsal edilib, sınaqdan çıxarılıb və sonra məhv edilib. Britaniyada keçmiş Rusiya casusunun məhz belə bir maddə ilə zəhərləndiyi düşünülür.

Milos Zeman mayın 3-də bildirib ki, Çexiya əks-kəşfiyyat agentliyinin hesabatında bu maddənin adı Noviçok yox, A320 olaraq göstərilir. Onun sözlərinə görə A320 maddəsi Noviçokla eyni kimyəvi tipə malikdir.

Britaniya hakimiyyət orqanları martın 4-də İngiltərənin Solsberi şəhərində huşsuz vəziyyətdə tapılmış keçmiş Rusiya casusu Sergey Skripal və onun qızının zəhərlənməsi üçün Noviçok maddəsindən istifadə olunduğunu bildirir.

Britaniya bu zəhərlənməyə görə Rusiyanı ittiham edir, çünki bu maddə Soyuq müharibə illərində SSRİ-də istehsal olunub.

Lakin Rusiya bu ittihamları rədd edərək bildirmişdi ki, bu maddə Birləşmiş Ştatlarda, Çex Respublikasında və ya dünyanın başqa ölkələrində də istehsal oluna bilərdi.

Çexiyanın baş nazir əvəzi Andrej Babis Rusiyanın ittihamını yalan adlandırmış və Praqa, Britaniya ilə həmrəylik çərçivəsində Rusiya diplomatlarını qovan ölkələrin sırasına qoşulmuşdu.

Lakin özünün rusiyayönlü baxışları ilə tanınan Zeman mayın 3-də verdiyi müsahibədə deyib ki, Noviçokla eyni tipli maddə ötən il onun ölkəsində də sınaqdan keçirilib. Çexiya hökuməti və kəşfiyyatı Zemanın bu şərhinə hələki reaksiya verməyib.

Zeman Praqadakı Barrandov telekanalına deyib: "Biz Noviçoku əhəmiyyətsiz miqdarda istehsal edib saxlamışıq. Biz bunun harda və nə vaxt baş verdiyini bilirik. Gəlin riyakar olmayaq. Biz bu barədə yalan danışmamalıyıq. Ötən ilin noyabrında A320 maddəsi Müdafiə Nazirliyinin Brnodakı tədqiqat institutunda sınaqdan keçirilib. Miqdar əhəmiyyətsiz idi. Sınaqdan sonra bu maddə məhv edilib”.

XS
SM
MD
LG