Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 09:42

Milli Şura Bakıda mitinq keçirdi (Video)


Milli Şuranın mitinqi
Milli Şuranın mitinqi

Milli Şura aksiyaları davam etdirməyi qərara alıb.

Milli Şuranın mitinqində bundan sonra da aksiyaları davam etdirmək barədə qurumun qərarı açıqlanıb.

AXCP sədri Əli Kərimli deyib ki, xalq aksiyaları dəstəklədiyi təqdirdə Milli Şura mitinqləri davam etdirmək niyyətindədir.

Siyavuş Novruzov: “Mitinq Ermənistan rəhbərliyinin sifarişi ilə keçirilib”

”Mitinqə yığışanların bir hissəsi əvvəllər cinayət törədib, həbs olunanların yaxınları, digərləri isə ordakı siyasi partiya rəhbərlərinin qohumlarından ibarət idi. Siyasi baxışa, siyasi əqidəyə görə toplaşan insan yox idi. Mitinqə baxanda sönüklük görünürdü. Digər tərəfdən, çıxışların özündə şər, böhtan, qarayaxma vardı və bunlar heç nəyə əsaslanmırdı”.

Bu sözləri hakim Yeni Azərbaycan Partiyası icra katibinin müavini, deputat Siyavuş Novruzov Milli Şuranın sentyabrın 23-də keçirilən aksiyası ilə bağlı APA-ya deyib.

S. Novruzov bildirib ki, mitinq Ermənistan rəhbərliyinin sifarişi ilə keçirilib: “Xüsusilə cənab prezident İlham Əliyevin ABŞ-a çox uğurlu səfəri, orada Ermənistan rəhbərliyini cinayətkar adlandırması Yeravabda çox ciddi ab-hava yaranıb. Bu gün isə Azərbaycanda bir qrup mitinqdə elə bil Serj Sarkisyanın yazdığını oxuyurdu”

Siayavuş Novruzov deyib ki, AXCP sədri Əli Kərimlinin hakimiyyəti korrpsiyada ittiham etməsinin heç bir əsasl yoxdur. Onun iddasına görə, Əli Kərimli özü korrupsionerdir.

Təşkilatçılar polisin açıqlaması ilə razı deyillər

Bakı şəhər Baş Polis İdarəsi sentaybırn 23-də Milli Şuranın keçirtdiyi aksiya ilə bağlı məlumat yayıb.

Açıqlamada qeyd edilir ki, Bakı şəhər İcra Hakimiyyəti ilə razılaşdırlmış aksiyada hər hansı insident baş vermyib. Polisin açıqlamasında mitinqdə iştirak edənlərin sayına da toxunulur:

“Saat 15.00-dan 17.00-dək davam edən toplantıda ümumi sayı 1500 (min beş yüz) nəfərə qədər olan şəxs iştirak edib.”

Açıqlamaya görə, aksiyada AXCP, KXCP,Xalq, Milli Dövlətçilik partiyalarının, Müsavat Partiyası Gənclər Təşkilatının, “Müsəlman Birliyi” və“NİDA”Hərəkatlarının tərəfdarları iştirak ediblər.

Ancaq təşkilatçlar hesab edir ki, Bakı polisi aksiyaçıların sayını dəfələrlə azaldıb.Üstəlik, Milli Şuraya daxil olmayan bir çox partiya və təşkilatların tərəfdarlarının da aksiyaya qatıldığığı haqqında yanlış məlumat yayıblar.

Elektrik enerjisini kəsdilər

Mitinqə ayrılan vaxt başa çatan kimi meydanda elektirik enerjisi kəsildi. Aksiyanın aparıcısı İbrahim İbrahimli dedi ki, qətnamənin əsas bir vurğusu var idi:

“Xalqdan oğurladığınızı qaytarın”, deyə o vurğulayıb.

Əli Kərimli mikrafonun söndürülməsi və mitinqdən qabaq həbslər barədə danışıb.

Əli Kərimlnin mitinq barədə fikirləri
Gözlə

No media source currently available

0:00 0:01:34 0:00

AXCP Ali Məclisinin sədri Nurəddin Məmmədli çıxışında deyib ki, Azərbaycan ən ağır günlərini yaşayır. O, hökumətin iqtisadiyyatda vədigər sahələrdəki siyasətinin iflas etdiyini bildirib.

“Bu gün başladığımız eiraz çox tezliklə, elə polislərimizin də iştirakı ilə qələbə ilə başa çatacaq. Vətən, torpaq müqəddəsidi. Xalqımız torpaq uğrunda saysız qurban verib. Oğullarımız səngərdə ölümlə üz-üzədir. Bu hökumət onlar üçün, silah üçünayrılmış pulları belə mənisməyiblər”, o, bildirib.

Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli də hökumət üzvlərinin Azərbaycanın sərvətlərini taladığını bildirib.

“Uzun illərdir ki, dedyirdilər, neft bizim sərvətimizdir. Xalqın neft sərvətini taladılar, xalqa heç nə qalmadı. Sonra da dedilər ki, nefti unudun. İndi isə xalqın başını pambıqla, fındıqla qatmaq istəyirlər”.

G.Hacıbəyli xalqın ən böyük sərvətinin məzlumun arxasında, zülümün qarşısında dayanan fədakar insanlar olduğunu bildirib.

“Mən hər zaman bu aksiyada ləyaqətli, fədakar xanım Gözəl Bayramlı ilə birgə dayanırdım. Hökumət o ləyaqətli xanımı həbs etdi. Necə də acı istehzadır ki, ölkənin milyardlarını talayanlar, oğurlanyanlar G.Bayramlını 12 min manat adı ilə ittiham edirlər. Gənc balamız İlkin Rüstəmzadə Azərbaycanda əsgər ölümlərinə “yox” deyirdi. Bloqqer Mehman Hüseynov orduya ayrılan pulların mənimsənilməsindən bəhs edirdi. İstehzaya bax ki, onları silaha, orduya ayrılan pullardan kəsib oğurlayanlar ittiham edirlər”, deyən G.Hacıbəyli bütün siyasi məhbus sayılan insanlara azadlıq tələb edib.

O, Qarabağ probleminin həlli haqda da danışıb.

“ Nə qədər ki, Qarabağ işğal altındadır, bu torpaq üzərində sərbəst dolaşmaq bizə haramdır. Qarabağ işğal altında ola-ola müdafiəyə ayrılan pulları mənimsəmək nə deməkdir?”, deyə sual edən G.Hacıbəyli Azərbaycan hökumətinin Qarabağı unutdurmaq siyasəti yürütdüyün bildirib.

Cəmil Həsənli : “Azərbaycanda korrupsiyanın başında cənab İlham Əliyev dayanır”

Çıxışına “hökumətin oğurluq pulların hesabını verməsinin vaxtıdır”, deyərək başlayan C.Həsənli vurğulayıb ki, beynəlxalq jurnalistlər şəbəkəsi Azərbaycan hökumətinin oğurluğunun üstünü açıb.

“Ölkədə korrupsiyaya qarşı mübarizə aparmalı qurumlar var, nazirlikləri var, idarələri var. 3 milyarddan artıq vəsaiti ölkədən çıxarıblar. Bu qurumlar hara baxırdı? Niyə görmürdü bu oğurluğu? Çünki Azərbaycanda korrupsiya şəbəkəsinin başında şəxsən cənab İlham Əliyev dayanır”.

C.Həsənli bildirib ki, cənab İlham Əliyev çıxıb xalqa ölkədən oğurlanıb çıxarılan milyardların hesabını verməlidir.

“Ölkədən oğurlanıb ofşolara aparılan bu pullar hansı pullar idi? Müdafiə sənayesi, təhsil, milli təhlüksəizlik, fövqəladə hallar üçün ayrılan vəsaitlər ölkədən çıxarılıb. Hansı ki, onlar bilavasitə İlham Əliyevə tabedir. İlham Əliyev bunun izahatını verməlidir. Əliyevlər ailəsi, xanədanı ölkəmizi ailə holdinqinə, millətin maraqlarını ailə maraqlarına çevbiriblər. İndiyədək hansı ərəb şeyxi, hansı kral öz ailəsi ilə BMT-nin Baş Assambleyasında əyləşmişdi? BMT-nin Baş Assambleyasına ekspertlərlə, mütəxəssislərlə getmək əvəzinə, gedib orda oyun çıxarır, milləti rüsvay edirlər”, deyə C.Həsənli bildirib.

Cəmil Həsənlinin mitinqdə çıxışı
Gözlə

No media source currently available

0:00 0:07:04 0:00

Cəmil Həsənli medianın durumuna da toxunub.

“Turan” Agemntliyinin başına gətririlən oyunlardan xəbərdarsınız. Bu bsqılar ona görə idi ki, ölkədə ayaq üstə qalan yeganə müstəqil medianı susdursunlar. Azadlıq Radiosunu, Azadlıq qəzetini, Meydan TV-ni blokladılar. Nə üçün? Ona görə ki, onların Azərbaycanı talamasından ölkə əhalisi xəbər tutmasın. Bir şeyi anlamırlar - indi 21-ci əsrdir. Bu gün informasiyaların qarşısını almağı səy göstərmək, yel dəyirmanı ilə mübarəzə aparmaq kimi bir şeydir. ”, C.Həsnli deyib.

Milli Şuranın sədri hakimiyyəti oğurluqda ittiham edib.

“Hakimiyyətin mayasında oğurluq dayanır. Əvvəl xalqın hakimiyyətini, sonra səsini, seçki hüququnu oğurladılar. O qədər oğurluğa öyrəşdilər ki, gedib Gürcüstandan jurnalist Əfqan Muxtarlını da oğurladılar.”, C.Həsənli bildirib.

İbrahim İbrahimli:"Azərbaycan hakimiyyətinin korrupsiya əməllərinin üstü açılıb

Təşkilat Komitəsinin üzvü İbrahim İbrahimli etiraz aksiyasını xalqın mitinqi kimi təqdim edib. O, vurğulayıb ki,Azərbaycan hökumətinin korrupsiya əməllərinin üstü açılıb.

“Bu mitinq xalqın mitinqidir. Ona görə ki, oğurlanıb xarici ofşorlara aparılan pullarda hər kəsin payı var. Bu mitinq hesab sorma mitinqi, oğurlanmış milyardlara sahib çıxma mitinqidir”, o, deyib.

Daha sonra AXCP sədri Əli Kərimli iştirakçıları salamlayıb, mitinqi “xalqın şərəf mitinqi” elan edib.

AXCP sədri Əli Kərimlinin mitinqdə çıxışı
Gözlə

No media source currently available

0:00 0:04:34 0:00

“Haqqımızı, hüququmuzu 10 illər ərzində əlimizdən almış rejim korrupsiya başında yaxalanıb”, deyən Ə.Kərimli etiraz aksiyasına çıxanların birlikdə millətin şərəfini qoruduqlarını bildirib.

O, basqılara rəgmən xalqın hakimiyyətə əyilməyəcəyini ifadə edib.

“24 il əsatədə saxlanılmış, ən layiqli övladları repressiyalara məruz qalmış ölkədə sizlər sübut edirsiniz ki, Azərbaycan xalqının müqavimətini qıramaq mümkün deyil”, Ə.Kərimli meydana toplaşanlara xitabən bildirib.

“Bu millət meydana ona görə toplaşıb ki, oğrulara sözü var. Bu meydanda 100-dən çox siyasi məhbusun şəkli dalğalanır. İnsanlar bura həm də ona görə toplaşıb ki, həbsdəki Gözəl Byramlıya, Mehman Hüseynova, İlkin Rüstəmzadəyə, Fuad Əhmədliyə azadlıq tələb etsin. On görə bura toplaşıb ki, bir günün içində hökumətin gül bayramını qul bayramına çevrilmiş Qiyas və Bayram üçün azadlıq tələb etsin. Korrupsiyaya bulaşmış hökumət Qarabağı da işğaldan azad edə bilməz. Ona görə də millət “Qarabağa azadlıq” deməlidir”.

Milli Şuranın mitinqi
Milli Şuranın mitinqi

Əli Kərmli millətin hökumətdən tələbinin, gözləntilərinin böyük olmadığını ifadə edib.

“Xalq deyir ki, ay oğrular, bu millətin milyardlarını talamısız. İndi heç olmasa işləyənlərin maaşını, pensiyaları, müavinətləri artırın, iş yerləri yaradın, pullu təhsili ləğv edin, bu millət də bir qədər gün görsün. Bəsdir, artıq bu ölkənin milyarlarını taladınız”.

Əli Kərimli mitinqin çox çətinliklər hesabına başa gəldiyini qeyd edib:

“Biz bunları bu günədək dilə gətirmirdik. Ancaq indi demək istəyirəm ki, təkcə AXCP-nin 53 funksioneri mitinq hazırlığı zamanı saxlanılıb. Bu mitinqin aparıcısı İlham Hüseyn olamlı di. Ona, mitinqdə çıxış etməli olan gənc siyasətçi Emil Səlimova 15 sutka həbs cəzası verilib”

AXCP sədri hökumətin meydana çıxmış insanlardan qorxduğunu ifadə edib.

“Kimi nə desməindən asılı olmayaraq, korrupsioner hakimiyyət sizlərdən qorxur. Mitinqlərin qarşısını almaq istəyirlər. Əvvəlcə Məmməd İbrahimi, Asif Yusiflini, Seymur Həzini, digərlərini həbs etdilər.

Elə bildilər ki, etirazların qarşısını bu yolla ala biləcəklər. Mitinq komitəsinin əsas üzvlərini də həbs ediblər. Məqsəd birdir - istəyirlər mitinqləır davamlı olmasın, etiraz olmasın. Ancaq hamımızı həbs edə bilməzlər, həbsxanlar çatmaz”.

Milli Şuranın mitinqi başlandı

Mitinq başladı
Gözlə
Embed

No media source currently available

0:00 0:01:30 0:00

Nürəddin Məmmədli: “ Bakıda onlarla fəalımız saxlanıb”

Aksiyasının təşkilatçıları bildirirlər ki, mitinqində kütləviliyin qarşısını almaqdan ötrü hökumət inzibati basqılardan istifadə edir.

Bu haqda Milli Şurada təmsil olunan Azərbaycan Xalq Cəbhəsi Partiyasının Ali Məclisinin sədri Nuraəddin Məmmədli bildirib.

N.Məmmədlinin sözlərinə görə, Azərbaycanın bütün rayonlarında mitinqə qatılmaq istəyənlərə təzyiqlər var.

“İstisnasız olaraq, rayonlardan mitinqə gələnlərə imkan vermirlər. Rayondakı fəallar faktiki olaraq polis nəzarətində saxlanılır, onların qohumlarına təzyiqlər edilir. Bakıda onlarla fəalımız saxlanıb. Hətta təşkilat komitəsinin üzvü İlham Hüseyn inzibati qaydada həbs edilib. Nəzərə almaq lazımdır ki, İ.Hüseyn miytinqin aparıcısı kimi nəzərdə tutulmuşdu. Bu davranış hakimiyyətin mitinqi pozmaq cəhdidir. Adı razılaşdırılmış olsa da, çox ciddi basqılar var”, N.Məmmədli bildirib.

Mitinq təşkilatıçılarının açıqlamalarına, hələlik, Daxili İşlər Nazirliyindən münasibət almaq mümkün olmayıb.

Hazırda etiraz aksiyası iştirakçıları mitinqin keçiriləcəyi meydana daxil olurlar. Polis əməkdaşları onları yoxlayır. Təşkilatçıların öncədən elan etdiyi şüarlardan fərqli şüarların meydana buraxılmadığı bildirilir.

Mitinqə gələnlər yoxlanılır

Milli Şuranın tərəfdarları artıq mitinqə toplaşırlar. Polis mitinqin keçiriləcəyi "Məhsul" stadionunun girəcəyində mitinqə gələnlərin üstünü bir-bir yoxlayır.Bəzi iştirakçıların mitinqə buraxılmadığı bildirilir.

Milli Şuranın mitinqindən
Gözlə

No media source currently available

0:00 0:00:44 0:00

Aksiyaya toplaşanlardan bəziləri sinəsində siyasi məhbus hesab olunan şəxslərin şəkilləri olan köynəklər geyib, əllərində onların şəkillərini tutublar.

Saxlananlar var

Məlumata görə, Milli Şuranın 23 sentyabr mitinqi ərəfəsində ümumilikdə təkcə AXCP-dən 53 nəfər saxlanıb.

Onlardan AXCP Təşkilat Şöbəsinin müdiri Saqif Qurbanov, AXCP Suraxanı rayon şöbəsinin sədri Bəhruz Həsənli, AXCP Ali Məclisi Rəyasət Heyətinin üzvü Aqil Məhərrəmov, AXCP Ali Məclisi Rəyasət Heyətinin üzvü Emil Səlimov, AXCP Gənclər komitəsinin sədri, partiyanın Ali Məclisinin Rəyasət heyətinin üzvü İlham Hüseyn, AXCP Xətai şöbəsindən Etibar Məmmədliyə 15 sutka həbs cəzası kəsilib.

Bir qismi xəbərdarlıq, bir qismi isə cərimə olunaraq sərbəst buraxılıb.

Bəzilərininsə hələ də polis bölməsində olduqları bildirilir.

Tam siyahı ilə aşağıda tanış ola bilərsiniz.

Milli Şuranın tərəfdarları mitinqə toplaşır
Milli Şuranın tərəfdarları mitinqə toplaşır

Milli Şuranın 2017 il 23 sentyabr mitinqi ərəfəsində polisə çağırılan AXCP üzvlərinin siyahısı

1) Saqif Qurbanov - AXCP Təşkilat Şöbəsinin müdiri, 16.09 tarixdə Bakı şəhəri Səbail rayon polis şöbəsinə çağırılıb və xəbərdarlıq edilərək sərbəst buraxılıb. 22.09 tarixdə Səbail polisi gəlib evindən aparıb və həmin tarixdə Səbail rayon məhkəməsinin qərarı ilə 15 sutka həbs cəzası verilib.

2) Vüsal Rəsulov - AXCP Sabunçu rayon şöbəsinin fəalı, 16.09 tarixdə Bakı şəhəri Sabunçu rayon polis şöbəsinə çağırılıb və xəbərdarlıq edilərək sərbəst buraxılıb.

3) İslam Həsənov - AXCP Şəki rayon şöbəsinin sədri, 17.09 tarixdə Şəki rayon polis şöbəsinə çağırılıb və xəbərdarlıq edilərək sərbəst buraxılıb.

4) Bəhruz Həsənli - AXCP Suraxanı rayon şöbəsinin sədri, 17.09 tarixdə polis evinə basqın edib, Bakının Suraxanı rayon polis şöbəsinin 33-cü bölməsinə aparılıb, xəbərdarlıq edilərək bir neçə saatdan sonra sərbəst buraxılıb. 22.09 tarixdə səhər Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə aparılıb, xəbərdarlıq edilərək sərbəst buraxılıb. Həmin tarixdə axşam radələrində yenidən Suraxanı rayon 33-cü polis bölməsinə aparılıb. 22.09 tarixdə Suraxanı rayon məhkəməsinin qərarı ilə İ.X.M-nin maddəsi ilə (polisə müqavimət) 15 sutka həbs cəzası verilib.

5) Aqil Məhərrəmov - AXCP Ali Məclisi Rəyasət Heyətinin üzvü, 16.09 tarixdə Bakı şəhəri Sabunçu rayon polis şöbəsinə çağırılıb və xəbərdarlıq edilərək sərbəst buraxılıb. 22.09 tarixdə axşam radələrində yenidən Sabunçu rayon polis şöbəsinə çağırılıb və həmin tarixdə Sabunçu rayon məhkəməsinin qərarı ilə İXM-nin maddəsi üzrə (polisə müqavimət) 15 sutka həbs cəzası verilib.

6) Nicat Abdullayev - AXCP Binəqədi şöbəsi, partiyanın təşkilat şöbəsinin üzvü, 16.09 tarixdə Bakının Yasamal rayon polis şöbəsinin 28-ci bölməsinə çağırılıb və xəbərdarlıq edilərək sərbəst buraxılıb.

7) Yalçın Abdullayev - AXCP Binəqədi şöbəsinin fəalı, 16.09 tarixdə Bakının Binəqədi rayon polis şöbəsinin 4-cü bölməsinə çağırılıb, xəbərdarlıq edilərək sərbəst buraxılıb. Goranboy rayonundan da kənd sovetindən zəng olunub xəbərdarlıq edilib.

8) Paşa Dadaşov - AXCP Binəqədi şöbəsi, 16.09 tarixdə Bakının Binəqədi rayon polis şöbəsinin 7-ci bölməsinə çağırılıb, xəbərdarlıq edilərək sərbəst buraxılıb.

9) Ayaz Məhərrəmli - AXCP Xətai şöbəsi, 17.09 tarixdə Bakının Suraxanı rayon polis şöbəsinə dəvət olunub. 18.09 tarixdə Bakının Nizami rayon polis şöbəsindən qeydiyyatda olduğu nənəsigilə zəng edib təzyiq ediblər. 18.09 tarixdə Nizami rayon polis şöbəsinə gedib, xəbərdarlıq və həbslə təhdiddən sonra sərbəst buraxılıb. 23.09 tarixdə səhər tezdən Nizami və Suraxanı rayon polis şöbəsindən evinə gəlib aparıblar çox güman ki Nizami polis şöbəsinə.

10) Dilarə Miriyeva - AXCP Nəsimi şöbəsi, 17.09 tarixdə Bakının Nəsimi rayon polis şöbəsinə aparılıb, mitinqə getməmək barədə xəbərdarlıq edilib və bir neçə saatdan sonra sərbəst buraxılıb.

11) Cəlil Hüseynov - AXCP Yasamal rayon şöbəsinin sədri, 17.09 tarixdə Bakının Xəzər rayon polis şöbəsinə çağırılıb, xəbərdarlıq edilərək sərbəst buraxılıb.

12) Emil Səlimov - AXCP Ali Məclisi Rəyasət Heyətinin üzvü, 17.09 tarixdə Bakının Nəsimi rayon polis şöbəsinə aparılıb, xəbərdarlıq edilib və bir neçə saatdan sonra sərbəst buraxılıb. 22.09 tarixdə Nəsimi rayon polis əməkdaşları gəlib evdən aparıblar Nəsimi rayon məhkəməsinə. Elə həmin tarixdə axşam gec saatlarda Nəsimi rayon məhkəməsinin qərarı ilə 15 sutka həbs cəzası alıb.

13) İlham Abbasov - AXCP Xətai şöbəsinin fəalı, 16.09 tarixdə Bakının Xətai rayon polis şöbəsinin 37-ci bölməsinə aparılıb, gecə ona təzyiqlər göstərilib və 17.09 tarixdə səhər sərbəst buraxılıb.

14)Abdulla Mahmudov - AXCP Sabunçu şöbəsinin fəalı, 20.09 tarixdə Bakının Sabunçu rayon polis şöbəsinin 15-ci bölməsinə çağırılıb, xəbərdarlıq edilib və bir neçə saatdan sonra sərbəst buraxılıb. Öncədən atasını da evdən polis aparmışdı.

15) Ramid Nağıyev - AXCP Binəqədi şöbəsinin fəalı, 19.09 tarixdə Bakının Binəqədi rayon polis şöbəsinin 6-cı bölməsinə aparılıb, səhərə qədər orda qalıb, səhər rayon polis idarəsinə aparıblar, bir neçə saatdan sonra xəbərdarlıq edilərək sərbəst buraxılıb.

16) Cəfər Nərimanov - AXCP Binəqədi Gənclər Komitəsinin sədri, 18.09 tarixdə Bakının Binəqədi rayon polis şöbəsinin 6-cı bölməsinə aparılıb, bir neçə saatdan sonra xəbərdarlıq edilərək sərbəst buraxılıb.

17)Nicat Niftəliyev - AXCP Yasamal şöbəsi, 17.09 tarixdə Bakının Yasamal rayon polis şöbəsinin 29-cu bölməsinə aparılıb, bir neçə saatdan sonra xəbərdarlıq edilərək sərbəst buraxılıb.

18) Şəmistan Həziyev - AXCP Yasamal şöbəsi, 18.09 tarixdə Bakının Yasamal rayon polis şöbəsinin əməkdaşları evinə gəlib xəbərdarlıq ediblər.

19) Ayət İsmayıl - AXCP Beyləqan rayon şöbəsi, 18.09 tarixdə Beyləqan polisi tərəfindən axtarılıb.

20) Aqil Əliyev - AXCP Nərimanov şöbəsi, 18.09 tarixdə qeydiyyatda olduğu Biləsuvar rayonunda polisə çağırılıb.

21) İslam İslamzadə - AXCP Xətai şöbəsi, 18.09 tarixdə Ağdam rayon polis şöbəsi onun qardaşını çağırıb və Bakıda yaşayan İslam İslamzadənin gəlməsini tələb ediblər.

22) Orxan Baxışlı - AXCP Xətai şöbəsi, 18.09 tarixdə Cəlilabad rayon polis şöbəsi onun atasını çağırıb və təhdid edərək Bakıda yaşayan Orxan Baxışlının telefon nömrəsini tələb ediblər.

23) İsmayıl Həsənov - AXCP Nəsimi şöbəsi, 18.09 tarixdə Nizami rayon polis şöbəsinə çağırılıb, rəis müavini tərəfindən hədə -qorxu gələrək mitinqə gedəcəyi təqdirdə həbs olunacağı ilə bağlı təhdid edilib. Bir neçə saatdan sonra sərbəst buraxılıb. 22.09 tarixdə yenidən Nizami rayon polis şöbəsindən telefonla zəng olunub, rəis müavini mitinqlə bağlı onu qanunsuz olaraq hədələyib, İ.Həsənov çağırışa əməl etməyib və polisə getməyib.

24) Ağaseyid Hüseynli - AXCP Xətai şöbəsi, 18.09 tarixdə evinə iki mülki geyimli polis gəlib onun harda olduğunu soruşub.

25) Cabbar Savalanlı - AXCP Sumqayıt şəhər şöbəsi, Partiyanın Ali Məclisinin üzvü, 19.09 tarixdə Sumqayıt polis şöbəsinə çağırılıb, İ.X.M-nin 510.1 maddəsi ilə 51 manat cərimə edlərək sərbəst buraxılıb.

26) Emin Maniyev - AXCP Nəsimi şöbəsi, 17.09 tarixdə Bakının Xəzər rayon polis şöbəsinə çağırılıb, xəbərdar edilərək bir neçə saatdan sonra sərbəst buraxılıb.

27) Fuad Tağızadə - AXCP Nəsimi şöbəsi, 17.09 tarixdə özünü Bakının Nərimanov rayon yol polisi əməkdaşı kimi təqdim edən polis kapitanı Toğrul Sadıqov onunla danışıb. 19.09 tarixdə cinayət-axtarış bölməsinə çağrılıb.

28) Budaq Kərimov - AXCP Nəsimi şöbəsi, 18.09 tarixdə qeydiyyatda olduğu Şəki rayon polis şöbəsinin rəis müavini və sahə rəisi onunla telefonla danışıb xəbərdarlıq və rayona gəlməsini tələb ediblər.

29) Mehdi Nağıyev - AXCP Sumqayıt şöbəsi, 19.09 tarixdə Sumqayıt şəhər polis şöbəsi tərəfindən evdən aparılıb, İ.X.M-nin 510.1 maddəsi ilə 51 AZN cərimə edilərək sərbəst buraxılıb.

30) Elnur Həsənov - AXCP Sumqayıt şöbəsinin sədri, 19.09 tarixdə Sumqayıt şəhər polis şöbəsi tərəfindən evdən aparılıb, İ.X.M-nin 510.1 maddəsi ilə 51 AZN cərimə edilərək sərbəst buraxılıb.

31)Xətai Nəbiyev - AXCP Sumqayıt şöbəsi, 19.09 tarixdə Sumqayıt şəhər polis şöbəsinə çağırılıb, İ.X.M-nin 510.1 maddəsi ilə 51 AZN cərimə edilərək sərbəst buraxılıb.

32) Vüqar Məmmədov - AXCP Binəqədi şöbəsi, 20.09 tarixdə Bakının Sabunçu polis şöbəsinin 15-ci bölməsinə çağırılıb, xəbərdarlıq edildikdən sonra sərbəst buraxılıb.

33) Məhərrəm Rzayev - AXCP Yasamal şöbəsi, 19.09 tarixdə Bakının Suraxanı polis şöbəsinin 31-ci bölməsinə aparıblar, xəbərdarlıq edildikdən sonra sərbəst buraxıblar. 22.09 tarixdə yenidən Bakının Suraxanı polis şöbəsindən evinə gəlib 3 saat atası ilə danışıblar, sonra özü gedib polis şöbəsinə, 23.09 tarixdə hələ də ordadır.

34) Məcnun Əhmədov - AXCP Yasamal şöbəsi, 19.09 tarixdə Bakının Yasamal polis şöbəsinin 28-ci bölməsinə aparıblar, xəbərdarlıq edildikdən sonra sərbəst buraxılıb.

35) İlham Hüseyn - AXCP Gənclər komitəsinin sədri, partiyanın Ali Məclisinin Rəyasət heyətinin üzvü, 19.09 tarixdə Bakının Xəzər rayon polis şöbəsinə çağırılıb, xəbərdarlıq edildikdən sonra sərbəst buraxılıb. 22.09 tarixdə axşam çağı yenidən Bakının Xəzər rayon polis şöbəsinə çağırılıb, elə həmin tarixdə Xəzər rayon məhkəməsinin qərarı ilə 15 sutka həbs cəzası verilib.

36) Ruslan Qarayev - AXCP Sumqayıt şöbəsi, 19.09 tarixdə Sumqayıt şəhər polis şöbəsinə çağırılıb, Bakıda olduğu üçün getməyib.

37) Anar Məlikov - AXCP Cəlilabad şöbəsindən Ali Məclis üzvü, 19.09 tarixdə Cəlilabad rayon polis şöbəsi tərəfindən çağırılıb, xəbərdarlıq edilərək sərbəst buraxılıb.

38) Şahin Ağayev - AXCP Lənkəran şöbəsi Gənclər Komitəsinin sədri, 20.09 tarixdə Lənkəran rayon polis şöbəsinə çağırılıb, polis rəisinin müavini Faiq İsmayılov xəbərdarlıq edəndən sonra sərbəst buraxılıb.

39) Nazim Həsənli - AXCP Lənkəran şöbəsinin sədri, 20.09 tarixdə müəllim işlədiyi məktəbdən polislər gəlib aparıblar Lənkəran polis şöbəsinə, rəis müavininin xəbərdarlığından sonra sərbəst buraxılıb.

40) Nicat İbadov - AXCP Lənkəran şöbəsindən Ali Məclis üzvü, 20.09 tarixdə Lənkəran polis şöbəsinə çağırılıb, rəis müavininin xəbərdarlığından sonra sərbəst buraxılıb.

41) Bəxtiyar İmanov - AXCP Binəqədi şöbəsinin sədr müavini, partiyanın təşkilat şöbəsinin üzvü, 18.09 tarixdə Bakının Yasamal şöbəsinin 28-ci bölməsinə çağırılıb, xəbərdarlıq edildikdən sonra sərbəst buraxılıb.

42) Murad Sultanov - AXCP Salyan şöbəsi, partiyanın MNTK-nın üzvü, 19.09 tarixdə Salyan rayon polis şöbəsinin əməkdaşları, sahə müvəkkili və mülki geyimli şəxslər Arxarası kəndində yaşayan anasının evinə gedib 71 yaşlı qadını təhdid ediblər. Sonra qonşu kənddə yaşayan qardaşına hədə-qorxu gələrək Bakıda yaşayan Murad Sultanov ilə əlaqə saxlamasını, onun mitinqlə bağlı təbliğat aparmağı və siyasi fəaliyyətini dayandırmasını tələb ediblər.

43) Sövdagər Mursaquliyev - AXCP Ağstafa şöbəsinin sədri, 21.09 tarixdə Ağstafa rayon polis şöbəsinə çağırılıb, mitinqə gedəcəyi təqdirdə həbs olunacağı ilə bağlı təhdid və xəbərdarlıqdan sonra sərbəst buraxılıb. 22.09 tarixdə səhər tezdən Ağstafa rayon polis şöbəsinə aparılıb, xəbərdarlıqdan sonra axşam gec saatlarında sərbəst buraxılıb.

44) Məzahir Rəhimov - AXCP Ağdaş şöbəsindən Ali Məclis üzvü, 21.09 tarixdə Ağdaş rayon polis şöbəsinə çağırılıb, mitinqə getməməsi ilə bağlı təzyiq və xəbərdarlıq edildikdən sonra sərbəst buraxılıb.

45) Babək Həsənov - AXCP Nərimanov şöbəsi, partiyanın Ali Məclis üzvü, 22.09 tarixdə səhər Suraxanı rayon polis şöbəsinin 33-cü bölməsinə aparılıb, xəbərdarlıq edilərək sərbəst buraxılıb. Təkrar 23.09 tarixdə Suraxanı rayon polis şöbəsinin əməkdaşları tərəfindən evindən 33-cü bölməsinə aparılıb.

46) Nicat Nizamov - AXCP Suraxanı şöbəsinin fəalı, 22.09 tarixdə səhər evinə basqın edilərək, atası Suraxanı rayon polis şöbəsinin 30-cü bölməsinə aparılıb, oğlunun gəlməsi tələb olunub. Sonradan aparılan Nicat Nizamov xəbərdarlıq edilərək sərbəst buraxılıb. Təkrar 23.09 tarixdə səhər tezdən Suraxanı rayon polis şöbəsindən evinə gəlib aparıblar 30-cu polis bölməsinə.

47) Etibar Məmmədli - AXCP Xətai şöbəsi, 21.09 tarixdə gecə vaxtı mitinqlə bağlı vərəqə paylayarkən polis tərəfindən fiziki təzyiq göstərilərək saxlanılıb, Xətai rayon 34-cü polis bölməsinə aparılıb, 22.09 tarixdə Xətai rayon məhkəməsində İ.X.M-nin maddəsi üzrə 15 sutka həbs cəzası verilib.

48) Elşən Abdullayev - AXCP Mingəçevir şəhər şöbəsinin sədri, 21.09 tarixdə Mingəçevir şəhər polis şöbəsindən sahə müvəkkili telefonla söhbətə dəvət edib, getməyib, 22.09 tarixdə həmin polis evinə gəlib, mitinqə gedəcəyi təqdirdə həbs olunacağı ilə bağlı təhdid edib. Sonradan həmin tarixdə polislər günorta radələrində gəlib evdən aparıblar. 23.09 tarixdə hələ də polis şöbəsində saxlanılır.

49) Lazım Mehbalıyev - AXCP Yasamal şöbəsi, 22.09 tarixdə Bakının Qaradağ rayon polis şöbəsinə çağırılıb, yol hərəkətini pozmağa və dəmir yolunu səhv keçdiyinə görə 120 AZM məbləğində cərimə edilərək sərbəst buraxılıb.

50) Qadir Xudabaxşiyev - AXCP Mingəçevir şöbəsi, 22.09 tarixdə Mingəçevir şəhər polis şöbəsinə çağırılıb, mitinqə getməmək barədə xəbərdarlıq olunaraq sərbəst buraxılıb.

51) Elman Abbasov - AXCP Mingəçevir şöbəsindən Ali Məclis üzvü, 22.09 tarixdə Mingəçevir şəhər polis şöbəsinə çağırılıb, mitinqə getməmək barədə xəbərdarlıq olunub. 23.09 tarixdə Bakıya mitinqə gələrkən Kürdəmirdən geri qayıtmağa məcbur ediblər.

52) Elxan Nuriyev - AXCP Xətai şöbəsi, 22.09 tarixdə səhər evdən çıxarkən Binəqədi rayon polisləri tərəfindən saxlanılaraq Binəqədi rayon 5-ci polis bölməsinə aparılıb, xəbərdarlıqdan sonra sərbəst buraxılıb.

53) Ruslan Qurbanlı - AXCP Nərimanov şöbəsi, 21.09 tarixdə Səbail rayon polis şöbəsinə çağırılıb, xəbərdarlıq ediləndən sonra sərbəst buraxılıb. Təkrar 22.09 tarixdə Səbail rayon polis şöbəsindən zəng edib dəvət ediblər, getməyib. 21.09 tarixdə Lənkəran polis şöbəsindən də bir neçə dəfə zəng olunub.

Milli Şura bu gün, sentybarın 23-ü “Talana yox” şüarı ilə mitinq keçirir

Aksiyanın məqsədini Milli Şuraya daxil olan Azərbaycan Xalq Cəbhəs Partiyasının ( AXCP) sədri Əli Kərimli açıqlamışdı. O, dünyanın müxtəlif mətbu orqanlarında Azərbaycanla bağlı dərc olunmuş araşdırmalara istinad edərək demişdi:

Əli Kərimli
Əli Kərimli

«Milli Şura Baş Prokurorluqdan korrupsiya yolu ilə ölkədən çıxarılmış milyardlarla dollarla bağlı cinayət işi başlamasını istəyib. Lakin indiyədək nə prokurorluq cinayət işi başlayıb, nə də dövlət başçısı İlham Əliyev bununla bağlı izahat verib».

Bakı şəhər Baş Polis İdarəsi isə mitinq təşkilatçılarına xəbərdarlıq verib.Polis bildirib ki, Bakı Şəhər İcra Haimiyyətinə göndərilən müraciətdə əks edilən şuarlardan əlavə şuarların səslənməsinə imkan verilməyəcək.

Xatırlatma

“The Guardian” qəzetində dərc olunmuş araşdırmaya görə, 2012-2014-cü illərdə ölkədən 2,9 milyard dollar çıxarılaraq Böyük Britaniyada qeydiyyatdan keçən 4 ofşor şirkətə ötürülüb.Həmin pulların “yuyularaq” mənimsənildiyi və rüşvət verildiyi iddia edilir.

Öz növbəsində rəsmi Bakı araşdırma yazısında qeyd edilənləri təkzib edir.

Azərbaycan prezidentinin mətbuat katibi Azər Qasımov bildirib ki, məqalədəki “məlumatlar” absurd xarakter daşıyır.

“Dünyada müəyyən dairələr və onların havadarları, eləcə də erməni lobbisinin maliyyələşdirdiyi ayrı-ayrı kütləvi informasiya vasitələrinin nümayəndələri Azərbaycana qarşı ağlasığmayan, iftira dolu, yalan məlumatlar yaymaqla məşğuldurlar. Özü də bu cür yazılar elə təqdim olunur ki, guya orada göstərilən faktlar dəlil-sübutlara və sənədlərə əsaslanır. Bu da bir növ məsələlərin mahiyyətinə dərindən bələd olmayan kütləvi oxucuya psixoloji təsir etmək məqsədi daşıyır”, – o qeyd edib.

Rəsmilər bəyan ediblər ki, həmin məsələlərin nə Azərbaycan dövlət başçısına, nə də onun ailə üzvlərinə aidiyyatı var.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG