Keçid linkləri

Təcili xəbərlər
2018, 26 May, şənbə, Bakı vaxtı 04:12

Astan Şahverdiyevin mandatı əlindən alına bilərmi? [video]


Deputatlara yeni qadağalar
Gözlə

No media source currently available

0:00 0:10:02 0:00

Deputatlara yeni qadağalar [A-Live]

Deputatların etik davranış qaydaları haqqında yeni qanun onların həyatını çətinləşdirə bilər.

Azərbaycan prezidenti avqustun 7-də deputatların etik davranışı qaydaları haqqında qanunun tətbiqi barədə sərəncam imzalayıb.

Sərəncama görə, deputat qaydaları pozsa, onun mandatını əlindən alıb, Məclisdən çıxara bilərlər.

Buna da bax:​ 'Astan Şahverdiyevin təhqiramiz sözlər işlətdiyi təsdiqlənsə…'

Hüquqşünas Ələsgər Məmmədli deyir ki, belə bir qanun ilk dəfədir ki, qəbul olunur:

“Xüsusilə deputatın işlətdiyi ifadələri ilə bağlı, kommersiya fəaliyyətinə görə gəlir əldə etməsi ilə bağlı məqamlar ilk dəfədir ki, qanuna salınır".

Qanunun layihəsi bu il aprelin 27-də müzakirə olunanda deputatlardan bəziləri ona irad bildirmişdilər.

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, deputat Qüdrət Həsənquluyev demişdi ki, xalqın seçdiyi millət vəkilinin mandatının intizam komissiyasının qərarı ilə onun əlindən alınması doğru yanaşma deyil.

Buna da bax: Astan Şahverdiyevin sözləri MM-də müzakirə olundu [video] [yenilənib]

Qüdrət Həsənquluyev
Qüdrət Həsənquluyev

Hüquqşünas Ələsgər Məmmədli deyir ki, qanunda nəzərdə tutulan bu məqam deputatları özünüsenzuraya məcbur edə bilər:

“Siyasi sərbəstlik verilməlidir deputatlara. Əlbəttə ki, bu deputatı məhdudlaşdıra və onu çərçivəyə salır. Bu, deputatın fəaliyyətini başa çatdıracaq məqam olmamalıdır”.

Keçmiş deputat, işadamı Nazim Bəydəmirli isə deyir ki, deputatların maddi təminatları və qərarların qəbul olunmasında rolu o qədər aşağıdır ki, adi bir məsələnin həllində rayon icra hakimiyyətinin 3-5 dərəcəli məmurlarından da asılıdırlar: “Bu mənada nazirlərlə, komitə sədrləri ilə müqayisə etmək yersizdir. Ona görə də maddi müstəqilliyi olmayan deputatlar icra hakimiyyəti strukturlarından asılı vəziyyətə düşürlər, məddahlıq edirlər, millət vəkili statuslarının fərqində olmurlar, Milli Məclisin nüfuzunu aşağı salırlar”.

Buna da bax:​ Prezidentin köməkçisi də Şahverdiyevin dediklərinə reaksiya verdi

Nazim Bəydəmirli
Nazim Bəydəmirli

Deputatların etik davranışı haqqında qanun layihəsi bir neçə ay əvvəl millət vəkili Astan Şahverdiyevin AzadlıqRadiosu-na qalmaqallı müsahibəsindən sonra irəli sürülmüşdü. O, Rusiyada çalışanları azərbaycanlıları “otxod” adlandırmışdı və ötən ilin dekabrında, intizam komissiyasının iclasında xalqdan üzr istəmişdi.

Bu ay isə Astan Şahverdiyev baş nazirin müavini Əli Həsənovun nəvəsi Nail Allahverdiyevi müdafiə edib, avqustun 3-də baş verən qəzada onun günahı olmadığını deyib.

Avqustun 7-də isə Daxili İşlər Nazirliyi və Baş Prokurorluq məlumat yayıb- bildirib ki, sükan arxasında 23 yaşlı Nail Allahverdiyev olub. Milli Məclisin İntizam Komissiyası isə sentyabrda toplaşacaq, Komissiyadan bildiriblər ki, Astan Şahverdiyevin mandatının əlindən alınması mümkündür.

Buna da bax:​ A.Şahverdiyev: 'Fikirlərimi düzgün ifadə etməmişəm'

Biz Bakıda, sakinlərdən soruşmuşuq ki, sizcə, deputatlara nəyi qadağan etmək lazımdır?

Deputatlara nə qadağan olunsun?
Gözlə

No media source currently available

0:00 0:00:44 0:00

Deputatların hədiyyə qəbul etməsinə gəlincə, aprelin 27-də, layihənin müzakirəsi zamanı, Böyük Quruluş Partiyasından deputat Fazil Mustafa demişdi ki, intizam komissiyasının rəyini bu dərəcədə nəzərə almaq doğru olmazdı.

Fazil Mustafa
Fazil Mustafa

Qanunun təsdiqindən sonra Fazil Mustafa AzadlıqRadiosu-na müsahibəsində bildirir ki, bu qanundan sonra öz həyat tərzində heç nəyi dəyişməyəcək, onsuz da etik çərçivədə yaşayırdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG